SON XƏBƏRLƏR

İran Azərbaycandan qaz alacaq

2021.10.20, 07:36
İran Azərbaycandan qaz alacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dünən Bakıda Azərbaycan və İran arasında təbii qazın alqı-satqısına dair memorandum imzalanıb. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib ki, iki ölkə arasında imzalanan müqavilə çərçivəsində ARDNŞ İran Milli Qaz Şirkətinə «mavi yanacaq» satacaq. «İlkin mərhələdə ARDNŞ öz payından İrana 2010-cu ildən ildə minimum 500 mln. kubmetr qaz satacaq ki, sonrakı mərhələdə qazın həcmi artırılacaq. Layihə hazırlanıb və Astarada olan kompressor stansiyasının gücü artırılacaq, İranla Azərbaycanı birləşdirən boru kəmərinin bəzi hissələri təmir olunacaq», - deyə R.Abdullayev qeyd edib. ARDNŞ prezidentinin sözlərinə görə, vaxtı ilə Azərbaycana mövcud kəmərlər vasitəsi ilə İrandan 10 mlrd. kubmetr qaz idxal olunub. İnfrastruktur qaydaya salınandan sonra İrana nəql edilən qazın həcmi artırılacaq. R.Abdullayev həmçinin əlavə edib ki, İrana satılacaq təbii qazın qiyməti dünya qiymətlərinə yaxın olacaq və xüsusi düstur əsasında müəyyənləşəcək. İlin sonuna qədər isə İranla qaz müqaviləsinin imzalanması nəzərdə tutulur. Xatırladaq ki, buna qədər Azərbaycan Gürcüstan, Türkiyə və Rusiyaya təbii qazın satışına dair sazişlər imzalayıb. Qeyd edək ki, bu ilin oktyabrın 14-də ARDNŞ ilə Rusiyanın «Qazprom» şirkəti arasında Azərbaycan qazının alqı-satqısına dair müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, 2010-cu il yanvarın 1-dən Azərbaycan Rusiyaya qaz ixracına başlayacaq və gələn il bu ölkəyə minimum 500 mln. kubmetr qaz satışı nəzərdə tutulur. ARDNŞ hazırda Türkiyə ilə qazın yeni qiymətlər əsasında alqı-satqısına dair danışıqlar aparır. Buna qədər Türkiyəyə təbii qazın 1000 kubmetri 120 Amerika dollarına satılıb. Azərbaycan Gürcüstana da təbii qazı 2008-ci ilin yanvar ayınadək 120 dollar/1000 kubmetr qiyməti ilə satıb. Qeyri-rəsmi mənbələrin məlumatına görə, Azərbaycan Gürcüstana qazı hazırda 180 dollar/1000 kubmetr qiymətinə satır.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar