SON XƏBƏRLƏR

iki prezident Arvopa şəhərlərinin birində görüşəcək

2021.10.20, 07:36
iki prezident Arvopa şəhərlərinin birində görüşəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, «Ermənistan qeyri-konstruktivlik nümayş etdirərək, razılaşdırdığımız bəzi məsələləri yenidən müzakirəyə çıxarır». Xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə müsahibəsində belə deyib. Prezidentlərin nəzərdə tutulan növbəti görüşünə toxunan nazir, müzakirələrin Arvopa şəhərlərindən birində aparılacağını bildirib. «ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinə Avropa şəhərlərindən birində görüşməyi təklif edirlər». Xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə müsahibəsində belə deyib. Bildirib ki, hazırda vasitəçilər görüşün yerini və vaxtını dəqiqləşdirir. Dekabrın ilk həftəsində Afinada nəzərdə tutulan görüş də qüvvədədir. Vasitəçilərin yeni təkliflər paketi üzərində işləməsi barədə bəyanatlara gəlincə, nazir dedi ki, hazırda hər hansı yeni təklif yoxdur. Danışıqdlar masasında 5 il əvvəlki prinsiplər müzakirə olunur. Amma ermənistan qeyri-konstruktivlik nümayş etdirərək, razılaşdırılan bəzi məsələləri yenidən müzakirəyə çıxarıb. İrəvanın Dağlıq Qarabağa status verilməsində israr etməsinə gəlincə, rəsmi Bakı buna etiraz etmir. Amma bir şərtlə – status məsələsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Ermənistan isə bu prinsipial məsələni indidən dəqiqləşdirmək istəyir, amma bu, axırıncı mərhələdir. İlkin mərhələdə işğal altındakı ərazilərin boşaldılması durur. Ermənistan bu variant qarşısında da şərtlər irəli sürməyə can atır. Laçın rayonunda aparılan araşdırmalara gəlincə, Elmar Məmmədyarov bildirdi ki, ATƏT nümayəndələri hazırda hansı mexnazimlə Laçın dəhlizindən istifadənin mümkünlüyünə dair arayış hazırlayırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar