SON XƏBƏRLƏR

İran Prezidenti Türkiyədən Amerikaya məsaj göndərdi

2021.10.20, 07:36
İran Prezidenti Türkiyədən Amerikaya məsaj göndərdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İstanbuldakı ISEDAK zirvə toplantısından sonra mətbuat konfransı keçirən Iran prezidenti Mahmud Əhmədinejad sahib olduqları zənginləşdirilmiş uranın Türkiyəyə verilməsi təklifini rədd edib. mətbuat konfransına kapitalist sisteminin son durumunun təhlililə başlayan Əhmədinejad, bu sistemin qəti məğlubiyyətə məruz qaldığını və artıq onun sonuna gəlindiyini iddia edərək, insanlara rifah bəxş edən sistem yaratmağın şərt olduğunu bildirib. Nüvə enerjisinin faydalarından bəhs edən Əhmədinejad dünyadakı bir neçə dövlətin bu qüvvəni əlində saxlayaraq başqa ölkələrin güclənməsinə icazə vermək istəmədiyini deyib. Iran prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Məhəmməd Əl-Baradeyin “Iranın əlində olan zənginləşdirilmiş uranı Türkiyəyə verməsi” təklifinə “Bu məsələ bizim üçün bağlanıb. Biz Qərb ölkələrinə öz təkliflərimizi vermişdik. Onlar bizə müsbət cavab verməyərək özlərini çətin vəziyyətdə qoydular. Iran xalqı bizim inkişafımıza əngəl olanlara lazımi cavabı verib. Ona görə də biz sülhməramlı nüvə enerjisi barədə heç bir müzakirə aparmırıq”. Mahmud Əhmədinejad Türkiyə ilə Iran arasındakı ticarətin milli valyutalarla aparılacağına dair saziş imzalandığını, Rusiya və Suriyanın da bu sazişə qoşulacağını bildirib: “Dollarla ticarət etməyin bizə heç bir faydası yoxdur. Milli valyutalarla alver etmək millətlərin lehinədir. Yaxın gələcəkdə bunu başa düşən ölkələrin sayının artacağını ümid edirəm. Indi Türkiyə, Suriya və Iran arasında viza rejimi yoxdur. Iraq da bu sazişdə iştirak edəcək. Bu, bizi bölmək istəyənlərə verdiyimiz ən yaxşı cavabdır. Bizim əməkdaşlığımız heç kimin əleyhinə olmayıb, regionun lehinədir”. Mahmud Əhmədinejad, nüvə silahlarının dövlətlərə heç bir faydası olmadığını deyib: “Əgər belə olsaydı, nüvə silahı Qəzza zolağı və ya Livanda keçirilən hərbi əməliyyatlarda Israilin köməyinə çatardı”. Obama Amerika Birləşmiş Ştatlar prezidenti seçilməsindən sonra onu təbrik etdiyini xatırladan Mahmud Əhmədinejad ancaq gözləntilərinin əksinə olaraq Barak Obamanın ölkəsinin siyasətində önəmli dəyişikliklər etmədiyini vurğulayıb. Obamadan radikal dəyişikliklər gözlədiyini deyən Iran prezidenti sözlərinə belə davam edib:”Əslində dəyişikliklər etmək o qədər də asan deyil. Əgər hörmətli Obama müvəffəqiyyət qazanmaq istəyirsə, böyük hədəflərə doğru ciddi qərarlar qəbul edərək getməlidir. Biz ona kömək etmək istədiyimizi elan etdik. Təki onun dinləyən, anlayan qulaqları olsun. Biz dəyişikliklərə hərarətli və müsbət baxır və böyük qərarların qəbul edilməsi üçün səbir edirik”. Mahmud Əhmədinejadın 1 saat 40 dəqiqəlik mətbuat konfransında Iranın Ankaradakı səfirliyinin göstərişləri ilə prezidentə sual vermək imkanı Türkiyənin islamçı mediasına yaradılıb. Iqtidara yaxın olan islami yönlü media qruplarının müxbirləri Iran prezidentinə sual verməzdən əvvəl onu tərifləyib, Israili pisləyib və “Dünyada islam birliyinin qurulmağa başladığını” iddia ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar