SON XƏBƏRLƏR

İranda donuz qripindən ölənlərin sayı 58-ə çatdı

2021.10.20, 07:36
İranda donuz qripindən ölənlərin sayı 58-ə çatdı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda ötən həftə A/H1N1 virusu 25 İran vətəndaşının həyatına son qoyub. Bununla da İranda ölüm faktlarının sayı 58-ə çatıb. Bu barədə Mehr xəbər agentliyi İran Səhiyyə Nazirliyi yanında İnfeksion Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quyaya istinadən xəbər yayıb. Quyanın sözlərinə görə, ötən həftə virusa yoluxanların sayı 2153 nəfərdən 2662 nəfərə qədər artıb.İranda "donuz qripi"nə ilk yoluxma faktı iyunun 14-də qeydə alınıb. Virus Tehrana gələn İran əsilli 16 yaşlı amerikalı yeniyetmədə aşkar edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar