SON XƏBƏRLƏR

Ermənistanın dövlət büdcəsində orduya ayrılan vəsaitin xeyli miqdarda azaldılması, torpaqların qaytarılacağı ilə bağlıdır

2021.10.20, 07:36
Ermənistanın dövlət büdcəsində orduya ayrılan vəsaitin xeyli miqdarda azaldılması, torpaqların qaytarılacağı ilə bağlıdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əəldə etdiyi məlumata görə, «Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması 2010-cu il üçün Ermənistan büdcəsinə salınıb». Ermənistanda çap olunan qəzetlərdən biri belə iddia ilə çıxış edib. Bildirilir ki, bu torpaqlardan erməni qoşunlarının çıxarılması barədə rəsmi Bakı ilə artıq şifahi razılıq əldə olunub və 2010-cu ilin dövlət büdcəsində Ermənistan ordusuna ayrılan vəsaitin xeyli azaldılması da bununla əlaqədardır. «Çorrord İşxanutyun» qəzetinin yazdığına görə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın «Hazırda danışıqlarda yalnız Qarabağın statusu və təhlükəsizliyi məsələsi müzakirə mövzusudur» deməsi də göstərir ki, ətraf 7 rayonun Azərbaycana qaytarılması artıq həllini tapmış məsələdir. Məqalədə bildirilir ki, gələn ilin büdcə layihəsi də bunu sübut edir. Büdcə layihəsində müdafiə xərcləri 25 faiz azaldılıb. İçtimai asayişin qorunması üçün ayrılan vəsait isə demək olar ki, azaldılmayıb. Çünki, qəzetin fikrincə Qarabağ probleminin həlli məsələsində belə irəliləyişin əldə olunacağı təqdirdə ordunun yox, polisin daha çox pula ehtiyacı olacaq. Belə ki, bütün Ermənistanda etiraz dalğası baş qaldıracaq, insanlar küçələrə axışacaq, hakimiyyətin devrilməsi təhlükəsi yaranacaq. Bu situasiyada isə Serj Sarkisyanın yeganə güvənc yeri polisdir. Maraqlıdır ki, azərbaycanlı analitiklər də Qarabağ ətrafındakı ərazilərin qaytarılması məsələsinin artıq çoxdan müzakirə mövzusu olmadığını düşünürlər. Siyasətşünaslar bildirir ki, erməni tərəfi qeyri-rəsmi olaraq 7 rayondan qoşunlarını çıxarmağa razılıq verib və son 4 ildə Madrid prinsipləri əsasında aparılan danşıqlarda yalnız Dağlıq Qarabağın statusu və Ermənistanla dəhliz məsələsi müzakirə olunur. Onların fikrincə rəsmi Yerevan hətta çox istəsə belə bu ərazilərə iddialı olduğunu bəyan edə bilməz. Çünki, belə olarsa beynəlxalq ictimaiyyət Ermənistanı təcavüzkar kimi tanıyar. Bu isə münaqişənin güc yolu ilə həlli üçün Azərbaycanın əlini-qolunu açar. Prosessin çox ləng getməsi erməni qoşunların çıxardılmasının detallarının müzakirəsini uzatması ilə bağlıdır. Azərbaycan tərəfi isə əvvəlki tək öz qəti mövqeyində durub. Rəsmi Bakı status məsələsində güzəştə getmək fikrində deyil və münaqişənin kompleks şəkildə – mərhələli nizamlanmanın bütün bəndləri əvvəlcədən razılaşdırılmaq şərti ilə həllində israr edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar