SON XƏBƏRLƏR

İran polisi Tırəxtur komandasını latin əlifbasında təbliğ etməyi qadağan edib

2021.10.20, 07:36
İran polisi Tırəxtur komandasını latin əlifbasında təbliğ etməyi qadağan edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran polisi bütün Azərbaycan şəhər və kəndlərində mağazalara müraciət edərək Tırəxtur futbol komandasını təbliğ edən bütün latin əlifbasında yazılmış yazılar, bayraqlar, paltarlar və s-ni cəmləyir. Məlumatda deyilir ki İran polisi bu zəmində geniş miqyaslı kompaniyaya başlayıb. Şərhçilərimizin təhlilinə görə, İran İslam Respublikası Azərbaycan türkləri arasında "Latin" əlifbasının geniş miqyasda yayıla bilməsindən dərin nigaranlıq hessi keçirir. Azərbaycan türk milləti içində "Latin" əlifbasının potensiyalını dərk edən İran hakimiyəti Bununlada ərəb-fars əlifbasının Azərbaycan türkləri içində bazasını itirməməyə cəhd göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar