SON XƏBƏRLƏR

İranın Xəfiyə Polisi oğuruların əllərini kəsməyə hazırdır

2021.10.20, 07:36
İranın Xəfiyə Polisi oğuruların əllərini kəsməyə hazırdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “İslam Cəza Qanununun icra olunmaması ölkədə sabitliyin pozulmasına gətirib çıxarır. Bu qanunun əsas hissələrindən biri əl kəsməkdir. Lakin təəssüflər olsun ki, bəzən oğurluq faktı sübuta yetirilsə də, bu cəza növü icra edilmir. Biz oğurluğun qarşısını almaq üçün bu Allah hökmünü icra etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu cəza növü icra olunsa, ölkədə baş verən oğurluqlar 90 faiz azalar”. Bu sözləri İran Xəfiyyə Polisinin rəisi Əsğər Cəfəri bildirib. Qeyd edək ki İslam Cəza Qanununda edam, qisas və əllərin kəsilməsi kimi cəza növləri nəzərdə tutulur. İranlı hüquq müdafiəçilərinin çoxu bu cəza növlərinə qarşı çıxır. Bununla belə radikal qruplar bu tip qanunların hayata keçirilməsinə hər zaman cəhd göstəriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar