SON XƏBƏRLƏR

Çində 9 Uyğur Türkü edam edilib

2021.10.20, 07:36
Çində 9 Uyğur Türkü edam edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Çin höküməti tərəfindən 9 uyğur türkü edam olunub.bu barədə Çin xəbər agentliyi edam hökmlərinin icra olunduğu ilə bağlı xəbər yayıb. Ancaq bu haqda geniş məlumat verilməyib. Qeyd edək ki edam olumuş uyğur türkləri iyul ayının 5-də Doğu Türküstanda (sincan-uyğur əyaləti) baş verən iğtişaşlarda iştirak etdiklərinə görə Çin höküməti tərəfindən tutuqlanıb və uzun müddət həbsdə saxlanılırdılar. Ümumiyətlə Bu hadisələrdən sonra 12 uyğur türkü ölüm cəzasına məhkum edilib. Onlar iğtişaşlarda cinayət etməkdə suçlanırlar. Xatırladaq ki Rəsmi Çinin məlumatına görə iyul ayında baş verən iğtişaşlarda 200-ə yaxun insan həlak olub. qeyr rəsmi mənbələr isə bu rəqəmi qat qat yüksək göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar