SON XƏBƏRLƏR

Gilanda "Traxtur" oynçularına hücum 

2023.12.26, 11:06
Gilanda "Traxtur" oynçularına hücum 

Dekabrın 25-i günortadan sonra 13-cü tur çərçivəsində Güney Azərbaycan təmsilçisi "Traxtur" komandası Gilan əyalətinin "Mələvan" komandası ilə növbəti görüşünü keçirib.

Gunaz.tv

Ənzəli şəhərində gərgin şəraitdə keçirilən qarşılaşma 0-0 hesabı ilə başa çatıb.

Bununla da,"Traxtur" turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

Oyun vaxtı "Mələvan" komandasının tərəfdarları "Traxtur" oyunçularını davamlı təhqir edib, onlara butulka və başqa yad cisimlər atıb, lazer işığı salaraq oynamalarına problem yaradıblar.

Bununla bağlı “Traxtur” klubunun baş direktoru Huşəng Nəsirzadə oyun nəzarətçilərinə və İran Futbol Federasiyasına şikayət məktubu göndərib.

 Qeyd edək ki, son həftələr "Traxtur" komandasının turnir cədvəlində irəliləməsindən sonra Azərbaycan təmsilçisinə qarşı hücumlar artıb.

İran mediasında "Traxtur" komandasının ispaniyalı baş məşqçisi Pako Xomez hədəf alınıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar