SON XƏBƏRLƏR

Mehdi Kərrubi: Əhmədinejad Amerikada gizli görüş keçirib

2021.10.20, 07:36
Mehdi Kərrubi: Əhmədinejad Amerikada gizli görüş keçirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Prezidentliyə keçmiş namzəd, müxalif düşərgəsinin önəmli simalarından olan, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi bəyan edib ki, bir müddət əvvəl BMT Baş Assambleyasının sessiyasına qatılmaq üçün Nyu-Yorka gedən Mahmud Əhmədinejad və onu müşayiət edən heyət üzvləri gizli olaraq Amerika Birləşmiş Ştatlarının yüksək vəzifəli rəsmilərilə görüşüb. Milli Etimad Partiyası rəhbərinin internetdə yerləşdirilmiş videomüraciətində iddia olunur ki , danışıqlarda Amerikanın 50 nəfərlik nümayəndə heyəti iştirak edib və müzakirələr iki saat çəkib. Mehdi Kərrubi vurğulayıb ki, hökumət çaşqınlıq içindədir və özü də nə etdiyini bilmir: "Noyabrın 4-də məktəbliləri zorla Amerikanın Tehrandakı səfirliyinin tutulmasının 30-cu ildönümü münasibətilə keçirilən yürüşə apararaq onları Amerikaya qarşı şüar verməyə məcbur edirlər, o biri yandan da gizlində Amerika ilə əlaqə qurmaq üçün dəridən-qabıqdan çıxırlar".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar