SON XƏBƏRLƏR

Bir qrup milli-mədəni fəal Səid Mətinpurun ailəsi ilə görüşüb

2021.10.20, 07:36
Bir qrup milli-mədəni fəal Səid Mətinpurun ailəsi ilə görüşüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bir qrup tanınmış milli-mədəni fəal milli hərəkatçı Səid Mətinpurun ailəsi ilə görüşüb. Güney Azərbaycan Milli Hərəkatının tanınmış simnalarından olan Əlirza Sərrafi, Səid Nəimi, Həsən Raşidi və s. Tehrandan Zəncana gedərək Evin həbsxanasında saxlanan milli hərəkatçı Səid Mətinpurun ailəsi ilə görüşdə Səid bəyin və onun ailəsinin durumu ilə marağlanıblar. Səid bəyin xanımı Ətiyyə Tahiri hərəkatçılara təşəkkür edib və Səid Mətinpurun milli savaş üçün həbsdə olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar