SON XƏBƏRLƏR

İran bəluç əşirətlərini silahlandırır

2021.10.20, 07:36
İran bəluç əşirətlərini silahlandırır

Gunaz.tv
İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəis müavini İsmail Kosəri İslam İnqilabının Mühafizləri Korpuzunun Sistan və Bəlucistandakı əşirətləri silahlandırma planının olduğunu təsdiqləyib. O bildirib ki, bu layihə inqilabdan dərhal sonra İranın şimal-qərb ostanlarında icra olunmuş və Kürd Müsəlman peşmərgələr silahlandırılaraq bölgədəki təhlikəsizliyin qorunmasına yardımçı olmuşdular. Mehr Xəbər Agentliyi Kosəriyə istinadən bildirib ki, daxili işlər naziri Mustafa Nəccarın da iştirakı ilə “Şərq Sərhədlərində Təhlükəsizlik və İnkişaf Şurasının” iclası keçirilib. Bu iclasda müxtəlif mövzular, o cümlədən Bəlucistanda təhlükəsizlik məsələləri müzakirə olunub və Daxili İşlər Nazirinin Pakistan yetkililəri ilə görüşündə “Riginin dəstəsi”nin İrana təhvil verilməsi haqda apardığı müzakirələr barədə də bilgi verilib. Kosəri Mehr Xəbər Agentliyinə onu da bildirib ki, Bəlucistanda partlayış zamanı həlak olan İİMK-nun yüksək rütbəli kadrları, o cümlədən general Şuştəri də bu layihənin bölgədə icrasına cəhd göstərirmiş. Sistan və Bəlucistan ostanı İranın cənub- şərq tərəfində yerləşir. Etnik olaraq Bəluç və məzhəb olaraq Sünni olan yerli əhalinin İrandakı rəsmi dil və dinlə heç bir bağlantısı yoxdur. Bu ostan iqtisadi baxımdan geri qalan ostanlar siyahisindadır. Əhalisinin əsas gəlir mənbəyi qaçaqmalçılıq olan bu ostanda mərkəzdən qaçma meylləri getdikcə güclənir. Condollah qrupu isə bu mərkəzdən qaçma və hakimiyyətdən nifrət amilindən istifadə edərək silahlı dəstə yaradıb və hakimiyyətə qarşı mübarizəyə başlayıb. İndiyə qədərbu qrup dəfələrlə ciddi rezonans yaradan terror əməliyyatları həyata keçirib.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar