SON XƏBƏRLƏR

Stokholmda Səid Mətinpur və siyasi məhbusların azadlığı ilə bağlı etiraz aksiyası keçirilib

2021.10.20, 07:36
Stokholmda Səid Mətinpur və siyasi məhbusların azadlığı ilə bağlı etiraz aksiyası keçirilib

Gunaz.tv
Son zamanlarda İranda baş verən hadisələrlə bağlı Stokholmda, xüsusən şəhərin mərkəzində etiraz aksiyaları keçirilmişdir. Amma noyabrın 7 - i 2009 -cu ildə etiraz aksiyasında iştirak edənlər Azərbaycan türkləri olmuşdurlar. Ən maraqlısı bundan ibarətdir ki, fars irqçiliyinə qarşı iştirakçıların əlində müxtəlif şüarlar vardır. Amma bundan da maraqlısı ilk dəfə olaraq iştirakçıların əlində çoxlu sayda qırmızı bayraq olması idi. Hətta bəzi şüarlar da qırmızı parçaların üzərinə yazılmışdı. O cümlədn, 4m X 1,50 m olan alqırmızı parçanın üstündə ingilis dilində belə bir şüar yazılmışdı: "İranda Güney Azərbaycan siyasi məhbuslarının işgəncəsini dayandırın!". Digər 2m X 0, 50 m qırmızı parçada ingilis dilində "Rədd olsun fars iqrçiliyi!" yazılmışdı. Bunlarla yanaşı diqqəti ən çox çəkən balaca uşaqların bir əlində Səid Mətinpurun, digər əllərində dalğalanan qırmızı bayraq idi. Bir qız uşağına yaxınlaşıb soruşdum: "Əlindəki şəkil kimindir?" O, mənə cavab verir: "Bu, Səid Mətinpurun şəklidir, adın burda yazıblar" -- deyib, barmağı ilə şəklə işarə edir. Soruşuram: "Sən nə üçün bu şəkli götürmüsən?" O, mənə cavab verir: "Səid türk dilində məktəb istədiyi üçün tutub işgəncə verirlər." Soruşuram: "Bəs bu qırmızı bayarq nə üçündü?" Cavab verir:" Bu, Babəkin bayrağıdır! Azərbaycanda hamı onu sevir və qaldırır!" Bəli, doğrudur, qırmızı bayraq Babək Xürrəmddinin qan rəngində bayrağıdır. İlk dəfə Babək Xürrəmddin ərəblərə qarşı apardığı mübarizədə qana boyanmış parçanı başının üzərinə qaldırıb, deyib: "Qoy, bu qana boyanmış kəfən bizim mübarizə bayrağımız olsun!" Elə bu səbəbə görə də, bu gün Güney Azərbaycanın daxilində qırmızı rəng Milli Azadlıq Hərəkatının rəmzinə çevrilmişdir. Bu gün Stokholmda etiraz aksiyasında iştirak edənlər qırmızı bayraqlarla meydana çıxmaqla daxildəki mübarizəyə həm səs verdilər, həm də daxildə və xaricdə olan mütərəqqi qüvvələrin həmrəyliyini bir daha nümayiş etdirdilər. Bundan da əlavə, qırmızı bayrağı qaldırmaqla Azərbaycanlılar sözdə və əməldə öz istiqlalların nişan verib və İranda baş verən yaşıl hərəkatla xətlərinin ayrı olduğunu aydıncasına sübut etdilər. Etiraz aksiyasının rəsmi açılışı Milli Hökumətin himni ilə başladı. Çıxış edənlər İranda olan Güney Azərbaycanın siyasi məhbuslarının, xüsusən Səid Mətinpurun azadlığını tələb etdilər və İran rejiminin insan haqları ilə bağlı vəhşiliyin pislədilər. Güneyin siyasi məhbusları ilə birgə Müstəqil Azərbaycanın dəyərli alimi Rəşid Əliyevin qanunsuz Tehranın Evin zindanında saxlanmasına qarşı da etraz səsləndi. Çıxışlardan sonra etiraz aksiyasında iştirak edənlər adından azərbaycan, isveç və ingilis dillərində qətnamə oxundu. Etiraz aksiyasında oxunan qətnamənin mətni aşağıda yerləşdirilmişdir. Güney Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması ilə bağlı Stokholmda İrana rejiminə qarşı keçirilən etiraz aksiyasının qətnaməsi Uzun zamandır Güney Azərbaycanın ziyalıları mədəni formada tələb edirlər ki, Güney Azərbaycan türklərinin beynalxalq səviyyədə təsdiq olunmuş insani haqlarını tanıyıb icra edələr. Amma çox təccüb və təəssüf yeri var, mədəni formada olan bütün istək və tələblərə İran rejimi heç bir məhəl qoymur. Əksinə, Güney Azərbaycanlılara təzyiqi günü - gündən vəhşicəsinə artırır. Elə bir gün yoxdur ki, Milli Azadlıq Hərəkatımızın fəalları ETTELAAT məmurları tərəfindən oğurlanıb işgəncəyə məruz qalmayalar. Biz, bu gün bu etiraz aksiyasında iştirak edənlər, rejimin bu mənfur əməlin şiddətlə pisləyib, aşağıdakı tələblərin həyata keçməsini istəyirik: 1.Bizlərin çoxu uzun zamandır İsveçdə yaşayırıq və buranın vətəndaşı sayılırıq. Elə bu səbəbə görə, İsveç hakimiyyətindən tələb edirik öz xarici siyasətində Güney Azərbaycanı diqqət mərkəzinə ala, xüsusən siyasi məhbuslara qarşı cismi və ruhi işgəncələri kəskin formada pisləyə. 2. Beynəlxalq Əfv Təşkilatından tələb edirik Güney Azərabycanın siyasi məhbusları ilə bağlı bir heyət yaradıb, əgər mümükün olarsa, İrana səfər edib onların bu gün zindandakı ağır durumu və zindana haqsız salınması ilə bağlı araşdırma apara. 3. Səid Mətinpur və digər siyasi məhbuslar qeyri - şərtsiz azadlığa buraxılalar. 4.Güney Azərbaycanın siaysi məhbuslarına qarşı işgəncə dayana və zindanda xəstə olan məhbuslara təcili tibbi yardım edilə. O cümlədən, ürəkağrısından əziyyət çəkən, vəziyyəti dözülməz olan Səid Mətinpura. 5. İran rejimi insan haqları ilə bağlı qol çəkdiyi beynəlxalq müqavilələrə əməl edə. 6. İran rejimi Güney Azərbaycanlıların milli hüquqlarına rəiyyət edə. Səid Mətinpurun Haqlarını Müdafiə edən Stokholmdakı Komitə 7 noyabr, 2009 - cu il azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar