SON XƏBƏRLƏR

Bu gün Azərbaycan Dövlət Bayrağının yaranmasının 91-ci ildönümüdür

2021.10.20, 07:36
Bu gün Azərbaycan Dövlət Bayrağının yaranmasının 91-ci ildönümüdür

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Üçrəngli bayrağımız 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cumhuriyyətinin qərarı ilə qəbul edilib. Bu gün Azərbaycan Respublikası Dövlət bayrağının yaranmasının 91-ci ildönümüdür. Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cumhuriyyətinin qərarı ilə qəbul edilib. Sovet hakimiyyəti dövründə bayraqdan imtina olunub. Daha sonra üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarıyla Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edilib. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması haqqında qərar çıxarıb. Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar