SON XƏBƏRLƏR

bu gün Berlin divarının dağıdılmasından 20 il keçir

2021.10.20, 07:36
bu gün Berlin divarının dağıdılmasından 20 il keçir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün Almaniyada Berlin divarının dağıdılmasının 20-ci ildönümü qeyd olunur. 1989-cu il noyabrın 9-u gecəsi bir neçə həftə davam edən nümayişlərdən sonra Şərqi Almaniyanın kommunist hakimiyyəti Qərbi Berlinlə Şərqi Berlini bir-birindən ayıran sərhəd qapılarının açmalı olmuşdu. SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov, Polşada o vaxtkı Solidarnost hərəkatının lideri Lex Valesa və Şərqi Avropada kommunizmin süqut etdiyi həmin dövrün bir çox digər liderləri də on minlərlə insanın iştirak etdiyi tədbirə qatıldılar. İldönümü qeyd etmək üçün Amerika-ın dövlət katibi Hillari Klinton, Britaniyanın baş naziri Qordon Braun, Fransa prezidenti Nikola Sarkozi və Rusiya prezidenti Dmitri Medvedyev də Berlinə gələcək.azadliqradiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar