SON XƏBƏRLƏR

İran 4 nəfəri İsraillə informasiya əməkdaşlığı ittihamına görə edam edib

2023.12.29, 15:18
İran 4 nəfəri İsraillə informasiya əməkdaşlığı ittihamına görə edam edib

Dekabrın 29-u 4 nəfər İsraillə “informasiya əməkdaşlığı” ittihamı ilə Qərbi Azərbaycan əyalətində edam olunublar.

Gunaz.tv

Bu barədə məlumat verən və İranın məhkəmə sisteminə bağlı "Mizan" xəbər agentliyi edam olunanların kimliklərini açıqlayıb. 

Urmiya şəhərinin sakinləri Vəfa Hənarə, Aram Öməri Bərdiani, Rahman Pərhazu və Nəsim Namazi şəhərin Mərkəzi Həbsxanasında edam olunublar. 

Həmin ittihamla digər 5 urmiyalının hərəsinə 10 ilədək həbs cəzası verilib.

Qeyd edək ki, hər hansı ittihamla edam cəzası insanlığa zidd olduğuna görə insan haqları üzrə beynəlxalq təşkilatlar İrandan bu cəzanın ləğv olunmasını tələb edirlər.

Bir neçə ölkəni çıxmaq şərti ilə dünyanın digər ölkələri, o cümlədən Azərbaycan Respubliaksı edam cəzasını xeyli illər öncə ləğv edib. 

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar