SON XƏBƏRLƏR

İran Rəsmisi: Rusiyanın öz vədinə əməl etməməsi iki tərəfli münasibətlərin pozulmasına gətirib çıxara bilər

2021.10.20, 07:36
İran Rəsmisi: Rusiyanın öz vədinə əməl etməməsi iki tərəfli münasibətlərin pozulmasına gətirib çıxara bilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, raketlərdən müdafiə sisteminin İrana çatdırılmasında gecikmə İran və Rusiya arasında münasibətlərin pozulmasına gətirib çıxara bilər. bu sözləri İranın nüfuzlu qanunvericisi Ələddin Burucerdi deyib. Qeyd edək ki Rusiya bir neçə il bundan əvvəl İrana yer-hava tipli S-300 raketlərinin satılması haqda müqaviləni imzalayib, lakin onların nə vaxt çatırılmasına dair indiyə qədər bir söz deməyib. İran mətbuatı parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədrinə istinadən xəbər verib ki Rusiya öz vədinə əməl etməsə, bu, münasibətlərə mənfi təsir göstərəcək. Xatırladaq ki İsrail və Amerika Birləşmiş Ştatları İrana raket satmamaq üçün Moksvaya təzyiq göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar