SON XƏBƏRLƏR

Ermənistan blokadadan çıxır mı?

2021.10.20, 07:36
Ermənistan blokadadan çıxır mı?

Gunaz.tv
Rəsmi Tbilisi, Rusiya və Gürcüstan arasındakı yeganə yoxlama-buraxılış məntəqəsi olan Kazbek rayonundakı “Verniy Lars”-ı açmaya hazır olduğunu və bunun üçün Rusiyadan işarə gözlədiyini açıqlayıb. Bu fikirlər Gürcüstan Xarici İşlər Nazirliyinin Avropa İşləri Departamentinin rəisi Kaxa Çitaya tərəfindən noyabrın 6-da Tbilsidə keçirilən mətbuat konfransında səsləndirilib. Çitaya mətbuat konfransında Ermənistanın vasitəçiliyi ilə ekspertlər səviyyəsində Rusiya ilə müzakirələrin aparıldığını təsdiqləyib, ancaq Rusiyanın bu qərarı almağa hazır olmadığını da bildirib. Gürcü diplomat Rusiya ilə yoxlama-buraxılış məntəqəsinin açılmasında birinci dərəcədə önəmli olan amil kimi “Ermənistanın ağır vəziyyətdə olmasını” qeyd edib. Xatırladaq ki, “Verniy Lars” məntəqəsi 2006-ci ilin iyulunda Gürüstan tərəfindən təmir işləri səbəb göstərilərək bağlanıb. Rəsmi Tbilisinin Rusiyanın Gürcu mallarına embarqo tətbiq etməsi səbəbiylə aldığı bu qərar, xüsusiylə bu məntəqə vasitəsiylə Rusiya ilə nəqliyyat əlaqəsini təmin edən Ermənistanı çətin vəziyyətə salıb. Məntəqənin açılması məsələsi Gürcüstan prezidenti Mixail Saakaşvilinin 2009-cu ilin iyun ayındakı İrəvan səfərində də gündəmə gəlib. “Verniy Lars”ın açıla biləcəyinə dair müzakirələr xüsusiylə noyabrın əvvəlində aktuallaşıb. Gürcü diplomat Çiyadan əvvəl Gürcüstan parlamentinin sədri David Bakradze noyabrın 3-də verdiyi açıqlamada Prezident Saakaşvilinin “Verxniy Lars”ın açılması məsələsini yaxın perpektivdə Milli Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracağını bildirib. Ermənsitan tərəfi Grücüstanın bu açıqlamalarını razılıqla qarşılayıb. Ermənsitan Xarici İşlər Nazirliyini Mətbuat Katibi Tiqran Balayan bu istiqamətdə alınacaq qərarı dəstəklədiklərini açıqlayıb. Beləliklə, Türkiyə ilə Ermənistan arasındakı “normallaşma prosesi” artıq bölgədəki balansı rəsmi İrəvan lehinə pozmağa başlayıb. Bu normallaşma sadəcə Türkiyə ilə Azərbaycan arasında münasibətlərə zərər verməklə qalmayıb, Gürcüstanın da bölgəyə yanaşmasına təsir göstərib. Belə ki, Gürcüstan Türkiyə-Ermənsitan yaxınlaşmasının özünün bölgənin tək strateji keçid nöqtəsi olma missiyasına ciddi zərbə vurduğunu düşünməyə başlayıb və Rusiya ilə Ermənsitan arasında keçid rolu oynamaq istəyərək bu mövqeyini yenidən gücləndirməyə çalışır. İkincisi, rəsmi Tbilisi Türkiyə ilə -Ermənistan arasındakı “normallaşma prosesindən” cəsarətlənən rəsmi İrəvanın Cavaxetiya məsələsində fəallaşdığının fərqindədir. Gürcü hakimiyyəti bu çərçivədə Ermənsitanın “Gürcüsran tərəfindən blokada tutulduğu” və “Cavahetiya Ermənilərinə təzyiq göstərildiyi” kimi bəhanələrlə Rusiyanın da dəstəkləyəcəyi (və hətta təşvik etdiyi) “Qaradənizə çıxma planının” tətbiq etməsinə mane olmağa çalışır. Bununla da Türkiyə-Gürcüstan-Azərbaycan tandeminin Türkiyə-Azərbaycan hissəsindən sonra Azərbaycan-Gürcüstan hissəsinin də zərər görmə riski ortaya çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar