SON XƏBƏRLƏR

İran MAQATE-nin təklifinə rədd cəvabı verdi

2021.10.20, 07:36
İran MAQATE-nin təklifinə rədd cəvabı verdi

Gunaz.tv
İran az zənginləşdirilmiş uranını daha da zənginləşdirilməsi üçün xaricə göndərməkdən imtina edib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin təhlükəsizlik məsələləri üzrə milli komitəsinin rəhbəri Ələddin Borudceri bildirib. Borudceri vurğulayıb ki, İran 20 faizlik zənginləşdirilmiş yanacaq almaq üçün 1200 kiloqramlıq az zənginləşdirilmiş uranlarını xaricə göndərmək istəmir. Onun sözlərinə görə, artıq xaricə uran göndərmək məsələsinin üzərindən xətt çəkilir. Xatırladaq ki, az zənginləşdirilmiş uranın xaricə göndərilməsi təklifi MAQATE-dən gəlib. Bu plana görə, 1200 kiloqram uran əvvəlcə Rusiyaya göndərilərək bir qədər də zənginləşdirilir, sonra isə Fransaya göndərilərək reaktor üçün yanacağa çevrilir. Qeyd edək ki, 1200 kiloqram uran İranın uran ehtiyatının dörddə üçüdür.lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar