SON XƏBƏRLƏR

Əhmədinəjad: Avropa İttifaqı üzv olması üçün Türkiyədən xahiş etməlidir

2021.10.20, 07:36
Əhmədinəjad: Avropa İttifaqı üzv olması üçün Türkiyədən xahiş etməlidir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinəjad Tehrandakı Prezident Sarayında NTV və TRT-nin suallarını cavablandırarkən bildirib ki "Avropa İttifaqı özü Türkiyənin bu quruma üzv qəbul olunmasını istəməlidir". Türkiyənin inkişaf etməsinin və güclənməsinin hər kəs üçün faydalı olduğunu bildirən Əhmədinəjad əlavə edib ki dünyada artıq yeni şərtlər və vəziyyətin meydana gəlib. Mədəniyyət və mənəviyyət kökləri olan dövlətlərin bu dövrdə böyüyüb inkişaf edəcəklərini vurğulayan Əhmedinejad, İran və Türkiyənin bu dövlətlərin içində olduğunu vurğulayıb. O vurqulayıb ki Aİ özü Türkiyənin bu quruma üzv olmasına çalışmalı və xahiş etməlidir. Onun sözlərinə görə, bu, Aİ-nin etibarını artıracaq, çünki Türkiyənin tarix, mədəniyyət və mənəviyyət kökləri var. Türkiyənin Şərq ölkələriylə əlaqələrini inkişaf etdirməsini istədiyini ifadə edən Əhmedinejad, bunun, Türkiyənin Qərb ilə əlaqələrini kəsməsi mənasını vermədiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar