SON XƏBƏRLƏR

Avropa Birliyi Ömər əl-Bəşirin Türkiyəyə edəcək səfəri ilə bağlı Ankaraya nota verib

2021.10.20, 07:36
Avropa Birliyi Ömər əl-Bəşirin Türkiyəyə edəcək səfəri ilə bağlı Ankaraya nota verib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Sənəd Beynəlxalq Məhkəmənin barəsində həbs qərarı çıxartdığı Sudan prezidenti Ömər əl-Bəşirin Türkiyəyə nəzərdə tutulan səfəri ilə bağlıdır. Notada AB-nin üzvü olmağa çalışan Türkiyənin qurumun yürütdüyü siyasətə uyğun fəaliyyət göstərməsinin vacib olduğu qeyd edilir. Xatırladaq ki, Ömər əl-Bəşirin İstanbulda keçiriləcək İslam Konfransı Təşkilatının iclasında iştirak etmək üçün Türkiyəyə gələcəyi bildirilir. Xatırladaq ki Prezident əl-Bəşirə qarşı Beynəlxalq Cİnayətlər Məhkəməsi tərəfindən hərbi cinayət ittihamı irəli sürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar