SON XƏBƏRLƏR

Azərbaycan süni peyk buraxmağa hazırlaşır

2021.10.20, 07:36
Azərbaycan süni peyk buraxmağa hazırlaşır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycanın süni peyki 2011-ci ilin sonunda buraxılacaq. bununla bağlı artıq orbital mövqe və peyki hazırlayacaq şirkət seçilib. Azərbaycanın mobil rabitə şirkətiləri bu ilin 9 ayında 560 milyon manat gəlir əldə edib. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin məlumatına görə, yanvar-sentyabr aylarında İKT və və poçt sahəsində əldə olunan 778 milyon manatın 71,3 faizi məhz mobil operatorların payına düşüb. Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Yeni Azərbaycan Partiyasının qərargahında təşkil olunan mətbuat konfransında bildirib ki, artıq ilin sonuna 3 mobil operatordan ikincisi 3G texnologiyasına uyğun xidmətlər göstərə biləcək. Gələn ildən istifadə olunacaq nömrə yəni, abunəçiyə bir nömrədən istifadə etməklə bütün operatorlardan zəng vura bilmək imkanının veriləcəyi də gözlənilir. İnternetin qiymətlərinə toxunan nazir bildirib ki, indi ölkədəki mövcud tariflər region ölkələri arasında ən aşağı səviyyədədir. İnternet bazarında ciddi rəqabətin olduğunu söyləyən Əli Abbasovun sözlərinə görə, bundan sonrakı qiymət azalması sırf onlardan asılı olan məsələdir. “Biz bu məsələni inzibati qaydada həll edə bilmərik. Onların investisiya yatırıb, qiymətlərə yenidən baxmaları daha yaxşı olardı”, deyə Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Rabitə naziri Transavrasiya magistralı layihəsinin reallaşması regionda İKT-nin inkişafına və internet tariflərinə ciddi təsir göstərəcəyini hesab edir. Çinlə Avropanı birləşdirəcək layihəyə BMT-də dəstək verir. Azərbaycanın süni peyki isə 2011-ci ilin sonunda buraxılacaq. Artıq orbital mövqe və peyki hazırlayacaq şirkət seçilib. Peyki daşıyacaq raketin istehsalçısı və sığorta şirkəti ilə danışıqlar isə hələlik davam edir. Rabitə və İnformasiya Texnologiyaları naziri ilin sonuna İKT sektorunda 10 faizlik artım qeydə alınacağını söyləyib.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar