SON XƏBƏRLƏR

“Sərhədsiz reportyorlar”: İranda jurnalistlərin vəziyəti dözülməzdir. Dünya ictmaiyəti onlara kömək etməlidir

2021.10.20, 07:36
“Sərhədsiz reportyorlar”: İranda jurnalistlərin vəziyəti dözülməzdir. Dünya ictmaiyəti onlara kömək etməlidir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Sərhədsiz reportyorlar” bir daha İranın mətbuat azadlığından və jurnalistlərin vəziyətindən öz nigəranlığını elan edib. Fransa xəbər agentliyinin jurnalisti Fərhad Puladi və bir neçə islahatçı qəzetinin əməkdaşı Nəfisə Zarenin 4 noyabr aksiyalarında İran polisi tərəfindən tutuqlanıb və bir gün əvvəl Həsən Zeydabadi İnsan Haqları Fəali həbs olunub. Mahmud Əhmədinəjadın təkrar prezident seçilməsinə etiraz aksiyalarından sonra 150 gündən daha az müddətdə ən azı 100 jurnalist həbs olunub. 23 jurnalist hazırda həbsxanadadır. 32 nəfər peşəkar mətbuatçı həbsdə saxlanılır. “Sərhədsiz reportyorlar” elan edib ki: "İranda qanunsuz şəkildə jurnalistlərin tutuqlanması, onların həbsdə saxlanılması və jurnalistlərin oğurlanması dəvam edir. iyun ayında keçirilən prezident seçkilərinin nəticəsinə qarşı keçirilmiş etiraz aksiyalarından sonra 150 gündən daha az müddətdə ən azı 100 jurnalist həbs olunub. 50-dən artıq jurnalist ölkəni tərk edib. ölkədə qalan jurnalistlər isə dəvamlı təhdid olunur və nəzarət altına alınır. Bir neçə mühakimə olunmuş jurnalistlər "Stalin məhkəmələri"-də ağır cəzalara məhkum olunublar. Apelyasiya məhkəməsi hüququndan belə məhrum ediliblər. bu vəziyət dözülməzdir və dünya ictmaiyəti İran jurnalistlərinin yardımına çatmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar