SON XƏBƏRLƏR

ABŞ İran Banklarından birinin Filialına sanksiya qoyub

2021.10.20, 07:36
ABŞ İran Banklarından birinin Filialına sanksiya qoyub

Gunaz.tv
ABŞ Maliyyə Nazirliyi noyabrın 5-də İranın Millət Bankının Malayziyadakı filialına sanksiya qoyub. nazirliyin yaydığı bəyanatda bildirilir ki, bu filial İranın nüvə fəaliyyətləri üçün lazım olan maliyyə mənbələrinin təmin olunmasında böyük rol oynayıb: “Millət Bankının bu filialı İranın nüvə proqramı üçün lazım olan milyonlarla dolların köçürülməsini asanlaşdırıb”. Sanksiyanın bankın fəaliyyətində əsaslı rolu olan İran Millət Bankının rəisi Əli Divandəriyə də şamil ediləcəyi bildirilir. ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə təhlükəsizliyi işləri üzrə şöbəsinin müdir müavini Stuart Levi jurnalistlərə açıqlamasında deyib: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrinə baxmayaraq Millət Bankı İran nüvə proqramını dəstəkləyib”.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar