SON XƏBƏRLƏR

Məhəmməd Əl-Bəradeyi: ... bu imkan daimi deyil

2021.10.20, 07:36
Məhəmməd Əl-Bəradeyi: ... bu imkan daimi deyil

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, "son təklif ABŞ-la İranın əlaqələrini yaxşılaşdırmaq istədikləri bir vaxta təsadüf edir.Lakin nüvə agentliyinin rəhbəri bu imkanın daimi olmadığı barədə xəbərdarlıq verib". Bu sözləri Nyu-Yorkda Xarici Əlaqələr Şurasında danışan Məhəmməd Əl-Bəradeyi deyib. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Əl- Bəradeyi nüvə proqramı ilə bağlı İrana təklif edilən razılaşmanı İranla Amerika arasında münasibətlərin normallaşmasına gözəl bir imkan adlandırıb. O bildirib ki İran nüvə proqramı ilə dünyaya regionda aparıcı bir qüdrət olduğunu sübut etməyə çalışır. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İranın nüvə silahı əldə etdiyinə dair konkret dəlillərin olmadığını deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar