SON XƏBƏRLƏR

ABŞ İranın aksiya iştirakçəlarına qarşı zorakı əməllərinə münasibət bildirib

2021.10.20, 07:36
ABŞ İranın aksiya iştirakçəlarına qarşı zorakı əməllərinə münasibət bildirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ İranda dünən keçirilən aksiyalarda İran hökümətinin aksiya iştirakşılarına qarşı hayata keçirdiyi zorakılıqlara münasibət bildirib. Bununla bağlı Ağ ev sözçüsü Robert Qeys İran hökumətindən öz vətəndaşlarına, o cümlədən aksiyalara qatılanlara qarşı zorakılıqlara son qoymasını tələb edib. “Biz İrandakı qarşıdurmalarla bağlı gələn məruzələri diqqətlə araşdırır, bu ölkədə baş verən bütün dəyişiklikləri yaxından izləyirik. Biz İranın hökumət qüvvələrinin dinc aksiya keçirən vətəndaşlara qarşı zorakılıq göstərməsini pisləyirik. Barak Obama hökuməti İranda baş verənləri yaxından izləyir və bu kimi hadisələrin zorakılıqla nəticələnməyəcəyinə ümid edir”. Bu sözləri noyabrın 4-də jurnalistlərə açıqlamasında Ağ ev sözçüsü R.Qeys deyib. Xatırladaq ki ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasının 30-cu ildönümündə noyabrın 4-də İran müxalifətinin tərəfdarları aksiya keçirərək hökumət tərəfdarlarının ənənəvi “Amerikaya ölüm” şüarı yerinə fərqli şüarlar səsləndiriblər. Aksiyaçılarla hökumət qüvvələri arasında baş verən qarşıdurmalarda onlarla insan yaralanıb, yüzlərlə adam saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar