SON XƏBƏRLƏR

BMT-də Dağlıq Qarabağ məsələsi müzakirə olunub

2021.10.20, 07:36
BMT-də Dağlıq Qarabağ məsələsi müzakirə olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dəyirmi masada 50-yə qədər BMT-yə üzv dövlətin nümayəndəsi, BMT Katibliyi və onun ixtisaslaşmış qurumlarının təmsilçiləri iştirak ediblər Noyabrın 2-də Nyu-Yorkda BMT-nin Baş Qərargahında Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə bu beynəlxalq təşkilatın Baş Assambleyasında və Təhlükəsizlik Şurasında yayılmış və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi aspektlərinə həsr olunmuş bir sıra məruzələrlə bağlı Baş Assambleyanın 64-cü sessiyasının gündəliyinin “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı bəndi üzrə dəyirmi masa formatında müzakirələr keçirilib. müzakirələrdə 50-yə qədər BMT-yə üzv dövlətin nümayəndəsi, BMT Katibliyi və onun ixtisaslaşmış qurumlarının təmsilçiləri iştirak ediblər. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev məsələnin tarixi və mövcud hüquqi aspektləri barəsində məlumat verib. Azərbaycan Respublikasının hüquq məsləhətçisi, tanınmış beynəlxalq hüquqşünas professor Malkom Şou məruzələrinin əsas məğzi və məsələ üzrə mövcud hüquqi vəziyyət, təminatlar və mexanizmlər barəsində ətraflı çıxış edib. Tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış etmiş dövlətlərin nümayəndələri münaqişənin beynəlxalq hüquq və Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət əsasında vacibliyini vurğulayıb və Azərbaycan tərəfinin bu müzakirələrin təşkil edilməsinə yönəlmiş səylərini yüksək qiymətləndiriblər. Daimi nümayəndə A.Mehdiyev və professor Malkom Şou üzv dövlətlərin çoxsaylı sualları cavablandırılmış və əlavə şərhlər veriblər. Tədbirin sonunda bütün iştirakçılara Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış BMT-nin sənədlər toplusu verilib.lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar