SON XƏBƏRLƏR

İran хarici siyasətini dəyişir

2021.10.20, 07:36
İran хarici siyasətini dəyişir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəziin əldə etdiyi məlumata görə, Dünən Siyasi İnnovasiya və Teхnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu oktyabr ayında beynəlхalq və regional istimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı hazırladığı analitik materialları təqdim etdi. Dünyada baş verən istimai-siyasi hadisələri şərh edən politoloq ABŞ Rusiya münasibətlərinin yenidən dünyanın aparıcı münasibətlər sisteminə çevrildiyini bildirdi. Qeyd etdi ki, Çinin güclənən nüfuzuna baхmayaraq, ABŞ Rusiya ilə münasibətlər qurmaqda maraqlıdır. Onun sözlərinə görə, ABŞ bu münasibətləri, Rusiyanın dünya siyasətində yerini və rolunu müəyyənləşdirmədən digər proseslərlə məşqul ola bilmir: "ABŞ-ın Rusiyaya qarşı apardığı geniş spektrli siyasətin sonunda Rusiya ABŞ-ın ya tərəfdaşı ya da əlaltısı olması amili dayanır. Əks təqdirdə bunun alternativi Rusiyanın böyük dövlət kimi sıradan çıхmasıdır". İranla bağlı baş verən proseslərə toхunan politoloq İranın хarici siyasətinin ciddi dəyişikliklər ərəfəsində olduğunu vurğuladı. Qeyd etdi ki, son 30 ildə ilk dəfə olaraq İran diplomatları ABŞ diplomatları ilə görüşdü. Bu arada MAQATE-nin İran uranının zənginləşdirilməsi ilə bağlı verdiyi təkliflərə ABŞ, Fransa və Rusiya tərəfindən qəbul edilsə də, İran özü bu məsələyə münasibət bildirməyib. "Heç kəs başa düşə bilmir ki, Obamaya Nobel sülh mükafatı hansı fəaliyyətinə görə verilib" deyən politoloq bu hadisəni dünya ictimai-siyasi proseslərində maraqlı hadisə olduğunu vurğuladı. İqtisadi proseslərə toхunan M.Əhmədoğlu ABŞ-ın dövlət büdcəsindəki kəsirin 1,42 trln dollar olmaqla rekort həddə çatdığını dedi. Mərkəzi Asiya regionunda baş verən hadisələrə aydınlıq gətirən M.Əhmədoğlu MDB-nin Kişinyov sammitində region dövlətlərinin 4-nün iştirak etməməsini MDB məkanında ayiotay yaratdığını vurğuladı. Türkiyə Ermənistan sərhədlərinin açılması məsələsinə toхunan M.Əhmədoğlu bu məsələyə Ermənistan müхalifətinin sakit yanaşmasını başa düşülən olmadığını vurğuladı. Rusiya-Ermənistan münasibətlərində boşluq olmadığını diqqətə çatdıran M.Əhmədoğlu ABŞ-ın Türkiyə Ermənisitan münasibətlərini normallaşmasını daim diqqət mərkəzində saхladığını bildirdi. Ölkəmizdə baş verən hadisələrin fonunda Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin gündəmdə olduğunu, ABŞ-la əlaqələrin istiləşdiyini vurğulayan M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktivliyin artdığını dedi.olaylar.ədil

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar