SON XƏBƏRLƏR

Təbriz bazarında güclü yanğın baş verib

2021.10.20, 07:36
Təbriz bazarında güclü yanğın baş verib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ötən gün Təbriz şəhər bazarında yanğın baş verib. İRNA xəbər agenltiyindən əldə etdiyimiz məlumata əsasən, yanğın "İki qapı" adlı bazarın zinət əşyaları və dəri məmulatları satılan bölməsində başlayıb. Yanğın güclü olduğundan yanğınsöndürənlər yanğını söndürməkdə çətinlik çəkiblər, 100-dən çox mağazaya ziyan dəyib. Mağaza sahibləri öz mallarını mağazalardan çıxarmağa cəhd göstərsələr də, mağazalar da, mallar da yanaraq külə dünüb. Yanğını üç saatdan sonra sündürmək mümkün olub. Dəymiş ziyan haqda dəqiq məlumat yoxdu. Hadisə yerində yanğının baş vermə səbəbləri araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar