SON XƏBƏRLƏR

İrana qarşı münasibətdə dövlətlərin inam limiti aşağıdır

2021.10.20, 07:36
İrana qarşı münasibətdə dövlətlərin inam limiti aşağıdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, "Tehranda Amerika səfirliyinin zəbt edilməsi və diplomatların həbsi İranın beynəlxalq nüfuzuna ciddi zərbə vurub. İrandakı dini rejim həmin hadisələrin mənfi dərslərini hələ də aradan qaldırmayıb. O zaman Amerika səfirliyinə hücumun önündə gedən Mahmud Əhmədinejat İranın hazırkı prezidentidir”. Bu sözləri Bakı Dövlət Universitetinin müəllimi, tarixçi alim Natiq Məmmədli 30 il öncə İranda Amerika səfirliyinin zəbt edilməsinin tarixi dərsləri barədə “Amerikanın səsi” radiosuna müsahibəsində deyib. Alim İrana qarşı münasibətdə dövlətlərin inam limitinin yüksək olmadığını düşünür. Onun fikrincə. İran Azərbaycan diplomatına qarşı da beynəlxalq öhdəliyinin ziddinə hərəkət edib. “Bir neçə il öncə Azərbaycanın İrandakı səfirinin təhqir edilməsi ilə bağlı da xəbərlər yayılmışdı”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar