SON XƏBƏRLƏR

İranda Fransa xəbər agentliyinin müxbiri həbs edilib

2021.10.20, 07:36
İranda Fransa xəbər agentliyinin müxbiri həbs edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda Fransa xəbər agentliyi - France Press-in (AFP) müxbiri həbs edilib. Müxbirin tutuqlanması dünən İranda ABŞ səfirliyinə basqının 30-cu ildönümüylə əlaqədar keçirilən nümayişləri müşahidə edərkən baş verib. AFP-in Tehran bürosunun rəhbərinin sözlərinə görə, nümayişləri izləyən müxbir Fərhad Puladi üç təhlükəsizlik əməkdaşı tərəfindən saxlanılıb. Dünən səhərdən bu yana juralistlə bağlı heç bir məlumat verilməyib. Qeyd edək ki dünən İranda ABŞ səfirliyinə basqının 30-cu ildönümüylə əlaqədar aksiya Əhmədinəjadın hökümətinin əlüyhinə çevrilib və İranın bütün şəhərlərində Hökümətə qarşı müxtəlif şüarlar səslənib. İranda iyun ayında keçirilən prezident seçkisindən sonra müxalifətin keçirdiyi mitinqləri isə xarici media nümayəndələrinin izləməsi qadağan edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar