SON XƏBƏRLƏR

Kərrubinin oğlu Məhəmmədtəği Kərrubi: Mehdi Kərrubiyə hücüm olub və iki qoruyucusu yaralanıb

2021.10.20, 07:36
Kərrubinin oğlu Məhəmmədtəği Kərrubi: Mehdi Kərrubiyə hücüm olub və iki qoruyucusu yaralanıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, keçmiş prezidentliyə namzəd, Əhmədinəjad hökümətinə müxalif düşərgənin liderlərindən olan Mehdi Kərrubinin oğlu Məhəmmədtəği Kərrubi "Radio Fərda"-ya bildirib ki aksiya zamanı hökümət qüvvələri atası Mehdi Kərrubiyə hücüm ediblər və ona qarşı bir başa gözyaşardıcı qaz gülləsi atıblar. Onun sözlərində görə Məhdi Kərrubinin bunun nəticəsi olaraq dərisində narahatlıq əmələ gəlib və iki qoruyucusuda yaralanıb. O bildirib ki yaralanmış qoruyuculardan birisi xəstəxanaya çatdırılıb. Məhəmmədtəğinin sözlərinə görə ziyan çəkənlər sadəcə bunlarla məhdudlaşmır. Başqa bir çox sivil vətəndaş da o hücümda yaralanıb. O sözlərinin dəvamında əlavə edib ki Mehdi Kərrubi millətə verdiyi sözün arxasında duraraq aksiyanın başlandığı andan meydanlarda olub. ancaq hökümət qüvvələri onun "7-tir" meydanına getməsinə imkan verməyib. Bununla belə Kərrubi başqa meydanlarda aksiyacılara qoşula bilib. O vurqulayıb ki atası bu mübarizədən geri dönən deyil və bu yolda bütün bədəlləri ödəməyə hazırdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar