SON XƏBƏRLƏR

İranda etiraz aksiyaları müxtəlif şəhərlərdə qarşıdurma ilə nəticəlib

2021.10.20, 07:36
İranda etiraz aksiyaları müxtəlif şəhərlərdə qarşıdurma ilə nəticəlib

Gunaz.tv
Bu gün ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasının 30-cu ildönümündə Tehranda yürüş keçirən “yaşıl hərəkat” tərəfdarları ilə hökumət qüvvələri arasında qarşıdurmalar davam edir. paytaxtın bəzi məhəllələrində hökumət qüvvələri aksiyaçıları dağıtmaq üçün atəş açıb. Yaralananlar var. Tehranın bütün məhəllələrində xüsusu ilə "7-tir" medanında İran Təhlükəsizlik Qüvvələri ilə müdafiəsiz əhali arasında toqquşmalar gedir. Toqquşmalar zamanı göz yaşardıcı qaz, dəyənək və güllədən istifadə olunub. 10-lar insan yaralıdır. 100-lərlə aksiya iştirakçısı dövlət qüvvələri tərəfindən tutuqlanıb. Aksiya iştirakçıları məmurlar tərəfindən təzyiqə məruz qaldıqca belə şüarla cavab verirlər: “Xamneyi qatildir – vilayəti batildir” Rəşt şəhərinin mərkəzinə toplanmış 10 minlərlə insan hökümət qüvvələri tərəfindən amansızcasına dağıdılıblar. Qəzvin Universitetində də jiddi aksiya baş tutub və hökümətin əleyhinə şüarlar səslənib. İsfahan şəhərinin bütün nöqtələri polis tərəfindən diqqətlə kontrol edilir. Çaharbağda toplaşan əhali "Diktatora ölüm" şüarları səsləndiriblər. Təbriz şəhərində aksiyaçıları dağıtmaq üçün sivil geyimdə olan dövlət qüvvələri aksiyaçıların toplaşdığı yerə hücüm ediblər. hücüm nəticəsində çoxlu yaralananlar var. Bu saatlarda yaralılar təcili yardım maşınları vasitəsi ilə xəstəxanalara çatdırılır. Anoloji vəziyət bir çox şəhər və universitetlərində yaşanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar