SON XƏBƏRLƏR

ABŞ SƏFİRLİYİNİN TUTULMASI DÜZGÜN ADDIM DEYİLDİ

2021.10.20, 07:36
ABŞ SƏFİRLİYİNİN TUTULMASI DÜZGÜN ADDIM DEYİLDİ

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran hakimiyyətinin nüfuzlu müxalifi ayətullah Hüseynəli Müntəziri islahatçılara bağlı “Azadlığın yaşıl dalğası” internet saytında 30 il əvvəl – 1979-cu il noyabrın 4-də ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasını pisləyib. Müntəziri deyib: “İnqilabın ilk aylarında ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasını xalq və ayətullah Xomeyni dəstəkləyirdi. Mən özüm də bu hərəkəti təqdir edirdim. Lakin bu hadisə ABŞ xalqında bizə çox mənfi münasibət yaratdı və xoşagəlməz nəticələrə səbəb oldu. Mənfi nəticələr bu günə qədər davam edir. Hesab edirəm ki, ABŞ səfirliyinin tutulması düzgün addım deyildi. Hər bir ölkənin səfirliyi onun ərazisi sayılır. Bizimlə rəsmi müharibədə olmayan bir ölkənin səfirliyini tutmaq açıq-aşkar müharibə elan etmək anlamındadır”. Müntəziri İranın Rusiya ilə münasibətlərinə də münasibət bildirib: “Əgər İran hakimiyyəti milli mənafeyi təmin etmək yerinə özünü Şərq blokundan asılı vəziyyətə gətirsə, səhv etmiş olar. Rusiya ilə ABŞ arasında nə fərq var ki, biz birincisinə bu qədər önəm verir və dövlət xəzinəsinin külli miqdarda məbləğini onlara bağışlayır, ikincisi ilə də heç müzakirəyə də razılıq vermirik?” Ayətullah Müntəziri İran islam inqilabının lideri Ayətullah Xomeyninin ilk canişini olub. Vaxtilə o, İran İslam Respublikasında həyata keçirilən edamlarla bağlı Xomeyniyə açıq məktub yazıb və edamları tənqid edib. Bu səbəbdən Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb və onun yerinə İranın indiki dini lideri Ayətullah Xamneyi gətirilib.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar