SON XƏBƏRLƏR

Tehranda bu deqiqələrdə odlu Güllə , gözyaşardıcı qaz və polis dəyənəkləri danışır. Yaralı və saxlanılanlar var

2021.10.20, 07:36
Tehranda bu deqiqələrdə odlu Güllə , gözyaşardıcı qaz və polis dəyənəkləri danışır. Yaralı və saxlanılanlar var

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün noyabr ayının 4-də İranda əsasən tələbələrdən ibarət minlərlə vətəndaş prezident Mahmud Əhmədinejada etiraz olaraq İranda ABŞ səfirliyinin zəbt edilməsinin ildönümündə etiraz yürüşünə başlayıb. "Habertürk"-ün İran islahatçılarına yaxun mənbələrə istinadən yaydığı məlumata əsasən, silahlı hökumət qüvvələri Tehranın “Həft-e tir” meydanında ABŞ səfirliyinə doğru istiqamət götürən “yaşıl hərəkat” tərəfdarlarının yürüşünü dayandırmaq üçün gözyaşardıcı qazdan, dəyənəkdən istifadə etdikdən sonra gülləyə əl atıb. Açılan atəşlər nəticəsində çoxlu aksiyaçı yaralanıb və onlarla şəxs saxlanılıb. Tutulanların arasında builki prezident seçkisini rəsmi nəticələrinə qarşı dinc aksiyalarda qətlə yetirilən və İranda “yaşıl hərəkat” simvoluna çevrilən Neda Ağa Sultanın anasının da olduğu vurğulanır. Aksiyada baş verənlərlə bağlı müxtəlif xəbər agentlikləri oxşar xəbərlər yayıblar. O cümlədən: "Reuters" agentliyinin məlumatına görə isə polis "diktatorlara ölüm" şüarları səsləndirən nümayişçilərə qarşı dəyənklərdən istifadə edib. BBC-nin məlumatına görə isə, polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib, bir neçə nəfər saxlanılıb. CNN Türk-ün məlumatına görə isə Tehranda hökumət əleyhinə şüarlar səsləndirən müxalifət lideri Mir Hüseyn Musəvi tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb. Polisin Musəvi tərəfdarlarına atəş açdığı bildirilir. İSNA xəbər agentliyinin məlumatına görə, keçmiş ABŞ səfirliyinin qarşısına toplaşan vətəndaşlar ABŞ-ın hegemonluq siyasətinə etiraz ediblər. Xatırladaq ki Hər il noyabrın 4-də İranın hər yerində Amerikanın Tehrandakı səfirliyinə hücumun ildönümü qeyd olunur. müxalifət liderlərinin internet saytlarında, Amerikanın Tehrandakı səfirliyinə hücumun ildönümü ilə bağlı ölkənin əksər şəhərlərində Mahmud Əhmədinejada qarşı aksiyalar keçiriləcəyi bildirilmişdi. İran polisi isə etiraz aksiyalarının keçirilməməsini istəmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar