SON XƏBƏRLƏR

Barak Obama: İran seçimini etməlidir

2021.10.20, 07:36
Barak Obama: İran seçimini etməlidir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama, Tehrandakı Amerika səfirliyinə edilən basqının 30-cu ildönümü ilə bağlı verdiyi yazılı bəyanatda bildirib ki, "İran seçimini etməlidir. Artıq İran hökumətinin keçmişə fokuslanmağı, yoxsa xalqına daha çox fürsət, rifah və ədalət gətirəcək qapını açmaqla bağlı qərar verməsinin zamanı çatıb". Xatırladaq ki, Tehrandakı ABŞ səfirliyinə, İran İslam İnqilabından sonra 1979-cu ilin 4 noyabr tarixində basqın edilib. hücüm nəticəsində iranlı tələbələr 53 amerkalını girov götürmüş və onları 444 gün girovda saxlamışdılar. Hadisədən sonra iki ölkə arasındakı bütün əlaqələr kəsilib. Qeyd edək ki hal hazırda şərh etdiyimiz əlamətdar günün il dönümü ilə bağlı İranda aksiyalar keçirilir. Ancaq keçən illərdən fərqli olaraq bu ilin şüarları ABŞ-a qarşı deyil daha çox İran hakimiyətinə qarşı səslənməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar