SON XƏBƏRLƏR

İran-Ermənistan Dostluq Cəmiyyətinin nümayəndə heyəti işğal altındakı Azərbaycan torpaqlarına səfər ediblər

2021.10.20, 07:36
İran-Ermənistan Dostluq Cəmiyyətinin nümayəndə heyəti işğal altındakı Azərbaycan torpaqlarına səfər ediblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran-Ermənistan Dostluq Cəmiyyəti işğal altındakı Azərbaycan torpaqlarına- Dağlıq Qarabağa səfər edib. Bu barədə Ermənistanın "Armenia Today" saytı yazıb. Məlumata görə, İran-Ermənistan Dostluq Cəmiyyətinin iqtisadi nümayəndə heyətinin üzvləri Ermənistanın energetika naziri, Ticarət-Sənaye Palatasının prezidenti, investisiya təşkilatının rəhbəri, rabitə nazirinin müavini, rabitə şirkətinin rəhbəri ilə görüşüblər. Görüşlərdə iki ölkə arasında iqtisadi və investisiya sahəsində əməkdaşlıq məsələsində fikir mübadiləsi aparılıb, İran şirkətinin nümayəndələri İran tərəfinin günəş enerjisi, rabitə şəbəkəsinin inkişafı, şəhər infrastukturunun tikintisi, ətraf mühitin mühafizəsi, həmçinin kənd təsərrüfatı və heyvandarlıq sahəsinə investisiya qoymağa hazır olduğunu bildiriblər. Görüşlərdə iştirak edən şirkətlərin rəhbərlərini təmsil edən Raxmanifard bildirib ki, Ermənistan kənd təssərrüfatı sahəsində böyük potensiala malikdir və Ermənistan rabitə vasitələrinin istehsalı üzrə müvafiq texnologyların ixracatı üzər Mərkəzi Asiya və Qafqaz regionunun mərkəzinə çevrilə bilər. Nümayəndə heyəti noyabrın 6-a qədər Ermənistan və Dağlıq Qarabağda olacaq.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar