SON XƏBƏRLƏR

Aksiyada Kərrubinin döyüldüyü bildirilir

2021.10.20, 07:36
Aksiyada Kərrubinin döyüldüyü bildirilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə,bu gün İranın bütün şəhərlərində sözdə beynəlxalq imperializmə qarşı mitinqlər keçirilir. Ancaq aksiyalarda gərginlik yarandığı haqda məlumatlar var. aldığımız məlumata görə, Bu il keçirilmiş prezident seçkisində əsas namizədlərdən olmuş keçmiş baş nazir Mirhüseyn Musəvini evdən çıxmağa qoymurlar. hökumət qüvvələri Musəvinin evini mühasirəyə alıblar. “Yaşıl hərəkat” tərəfdarlarının yürüşünə qatılmış Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubinin isə küçədə döyüldüyü bildirilir. BBC-nin məlumatına əsasən, Tehranda keçirilən mitinq zamanı müxalifətlə polis arasında gərgin toqquşma baş verib. Ancaq toqquşmanın təfərrüatı ilə bağlı hələlik heç bir məlumat əldə yoxdur. Xatırladaq ki Hər il, noyabrın 4-ü İranda Beynəlxalq imperializmlə milli mübarizə günü kimi qeyd olunur. 1980-ci ildə iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək səfirliyin işçilərini girov götürkdən sonra İranın Ali lideri Ruhollah Xomeyni bu günü imperializmlə milli mübarizə günü kimi elan edib. İran İnqilabından sonra iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 53 amerkalını girov götürmüş və onları 444 gün girovda saxlamışdılar. Tehranın təhlükəsizlik komandiri Məhəmmədrza Əlipur ötən gün bildirib ki, mitinqlər yalnız ABŞ-ın Tehrandakı "casusluq yuvası"nın qarşısında keçirilə bilər, digər yerlərdə təşkil edilən mitinqlər icazəsiz sayılacaq və polis qanunu pozanlara qarşı ciddi tədbirlər görəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar