SON XƏBƏRLƏR

Nəbi Soytürk: İsrail və Fələstin arasında barışıq olarsa İranın hazırki ideologiyası öz məcrasından çıxar

2021.10.20, 07:36
Nəbi Soytürk: İsrail və Fələstin arasında barışıq olarsa İranın hazırki ideologiyası öz məcrasından çıxar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Güney Azərbaycan İstiqlal Partiyasının İdeologiya məsələlər üzrə sorumlusu Nəbi Soytürkün, "Türküstan" qəzetinə verdiyi müsahibənsini olduğu kimi təqdim edir. Güney Azərbaycan İstiqlal Partiyasının sorumlularından olan Nəbi Soytürklə bu dəfəki müsahibəmizdə İslam dini adı altında, əslində bu dinin mahiyyətinə zidd həyata keçirilən siyasətlərə toxunmuşuq. -Nəbi bəy Azərbaycanda İranlı müctehidləri təqlid edən insanlar mövcuddur. Onları təqlid edən dindarlar tərəfindən bəzən belə iddia olunur ki, İranın Ermənistana yardım etməsindən Dini Rəhbərin xəbəri yoxdur. O üzdən onu qınamaq olmaz. Bu nə dərəcədə realdır? -Əgər siyasi baxımdan cavab vermış olsaq, deməliyəm ki, bu sadəcə bir siyasi lətifədir. Ancaq dindar qardaşlarımıza dini cavab gərəkdir. İslamda müctehid olmağın bir neçə şərti var. Onlardan bir neçəsini sadalayacağam. Aqil olmaq, dindar olmaq, baliğ olmaq (yəni yetkin yaşda olmaq), adil olmaq və zəmanəsində gedən ictimai-siyasi proseslərdən xəbərdar olmaq. Bu son dediyimin əhəmmiyəti ona görədi ki zəmanəsində baş verənlərlə bağlı ictihad etməlidir. əgər müctehid Ermənistanla İranın bu şəkildə açıq-aşkar iş birliyini görə bilmirsə, bu o deməkdir ki o zəmanəsindən xəbərsizdir. Görüb ama reaksiya vermirsə o demək ki ədalətsizdir. Hər iki haldada müctehidliyin şərtlərini bir mənalı olaraq pozur. Ama İran hakimiyətinin apardığı siyasətin İslama zidd, fars şovinizminin mənafeyinə uyğun hesablanmasına artıq vərdiş etmişik. -bəzən dini liderləri müqəddəs kimi tanıyırlar və hər bir sözlərini təhlil etmədən qəbul edirlər... -bu heç yaxşı hal deyil. Məsələyə elə baxarsaq, islamın bir çox qanunu öz məcrasından çıxmış olar. Həm çağımızdakı, həmdə anemizm, fetişizm, tabuizm, totemizm və s. Kimi Qədim və ibtidai dinlərdən fərqli olaraq islamda müqəddəslik ancaq peyğəmbər və başqa bir neçə müəyyən islam şəxsiyətinə aiddir. Bunun xaricində kimsə xüsusi müqəddəslik daşımır.hər bir şəxs nə qədər də islamı elmdə və ilahiyatda irəli gedərsə , sonda din alimi ola bilər ama müqəddəslik əldə edə bilməz. Həmdə bu məsələ islamı başqa dinlərdən ayıran və seçdirən amildir. bunu islamdan ayırsaq islam dini möhtəşəmliyini əldən verər, xurafata yol açılar. Təbii ki siyasi və ideolojiki dinə etiqadı güclü olan insanlar, buna qarşı ola bilərlər. ancaq fiqhi islama əhəmmiyət verənlər, demək olar ki bütövlükdə bu fikri dəstəkləyirlər. din xadiminə hörmət etməklə müqəddəsleşdirmək arasında çox fərq var. Bunun riayət edilməməsi böyük problemlərin səbəbi ola bilər. -İran hakimiyəti çox irəli gedərək öz hakimiyətini Həzrət Əli (ə) hakimiyəti adlandırır. buna necə baxırsınız? -Bəli açıq-aşkar fars dilində şeir kimi duvarlara yazırlar ki, "Xamneyi də başqa bir Xomeynidir, onun hakimiyəti ƏLİ hakimiyətidir", “biz zəmanənin Əlisiyik”. Təbi ki bu su istifadələr birinci növbədə dindar qardaşlarımızın hisslərinə toxunmalıdır Eləcədə bizim. Islam dinində belə müqayisələr birmənalı olaraq günah sayılır. Hətta fars ədəbiyatında bu haqda çoxlu şeirlər var. təssüf ki bəzi həssaslıqları nəzərə alaraq bu məsələdə dərinliyə gedə bilmirəm. Ona görədə bir ötəri örnəklə kifayətlənəcəyəm. Misirin Əl-Əzhər Universitetinin böyük alimi məşhur Quran təfsirçisi Şeyx Mahmud Şəltutun şərəfinə keçirilən tədbirdə bir tədbir iştirakçısı kürsüdən səslənir ki, Quranın iki güclü təfsircisi var. Biri Hz. Əli, digəri isə Şeyx Mahmud Şəltutdur. Bunu eşidincə Şeyx çılqınlar kimi ayağa qalxıb üsyan edir. Deyir ki, ALLAH sənə lənət eləsin. Mən Əlinin ayaqqabısının tozu ilə müqayisə oluna bilmərəm. Sən bu müqayisənlə mənim bütün ibadətlərimi hədər etdin. Dönə-dönə "ALLAH sənə lənət etsin deyir". Ama nədənsə 1979-cu ildən bəri İranı Əlilər bürüyüb. -Deyirsiniz ki, onlar özlərini Həzrət Əli ilə müqayisə etməməlidirlər. heç olmasa, bu iki hakimiyətin arasında hardasa oxşarlıq var, məsələn, millətə verdikləri fikir azadlığı islamın nəzərdə tutduğu azadlıqdırmi? -ilk öncə bunu deyim ki mən çalışıram İranda gedən islamla həqiqi islamın örtüşməməsini çatdıram. Ancaq islam qanunları çağdaş dünyaya ne qədər cavab verir vəya vermir məsələsi başqa mövzudur. Soffeyn savaşında Hz. Əliyə xəbər gəlir ki, bəzi müsəlmanlar qarşı tərəfə keçirlər. ona görə ki onlar ailələrinin "Beyt-ül-mal" tərəfindən olunan yardımla yaşaya biləcəklərindən əmindirlər. Hz. Əliyə yaxun şəxsiyətlər təklif edirlər ki onlara "Beyt-ül-mal"-dan ayrılan vəsait kəsilsin. Hz. Ali buyurur ki azadlıq neməti hayat neməti kimi ALLAH tərəfindən onlara verilib. əgər mən onlara ayrılan vəsaiti kəsərsəm onda onlar bu təzyiqə dözə bilməyib və bizim orduya qoşulmağa məcbur olacaqlar. Mən onların ailəsinə ayrılan vəsaiti verəcəm ki onlar arxayınlıqla azadlıq nemətindən istifadə edə bilsinlər. baxmayaraq ki sabah qılıncla qarşımızda duracaqlar. İran hakimiyəti özunu bu möhtəşəmliklə müqayisə edir. Hal o ki İranda insanlar fikir fərqliliklərinə görə həmən işdən atılırlar. yəni ilk başda çörəkləri kəsilir. Sürgün edilir və öldürülürlər. milyonlarla Azərbaycan türkü öz ana torpağında milli mənsubiyətinə görə min bir ayrıseçkiliyə məruz qalır. Dövlət tərəfindən olunan maddi-mənəvi təzyiqə dözmədən "mən türkəm" demək mümkün deyil. indi bu iki hakimiyəti özünüz müqayisə edin və nəticə çıxarın. -Bəs öz azadlıqlarına necə yanaşırlar? Özləri üçün Hər hansı bir məhdudiyət varmı yoxsa ... ? -yaxşı sualdır. Hər kəsin, hər cəmiyətin vəya hər qurumun azadlıqdan bir tərifi var. Məsələn Bəzi insanlar vəya qurumlar qərb dəyərlərini dünya üçün qəbul olunmuş dəyər hesab edirlər. onlar üçün ən mənalı kitab yazsan belə qərb dəyərlərinə uyğun olmazsa, Nobel mükafatı ala bilməzsən. Bunlar özlərini humanizm düşüncəsindən irəli gələn "hər kəsin azadlıq dairəsi o biri kəsin azadlıq dairəsi başlayan yerdə bitir" məntiqinə bağlı bilirlər. ancaq islamın azadlıqdan olan tərifi bir az başqadır. Islama görə, "hər insanın azadlığı insanlığa xələl gələn nöqtədə qurtarır". Sözün əsl mənasında desək mən bilmirəm ki, fars şovinizmi iran hakimiyəti simasında özünü hansı məntiqə təslim edib. bütün sərhədləri aşaraq öz mənfur siyasətini bir dini ideologiyaya oturtmaq üçün heç bir cinayətdən çəkinmir. Müsəlmanam deyib islam adı ilə beynalxalq səviyədə bütün bəşəri dəyərlərlə toqquşur. Terrorizmi dəstəkləyir. Ölkə içində və xaricində narkotikanı yayır. Nəinki islamın nəzərdə tutduğu azadlığı hətta dünyəvi xarakter daşıyan tərifi də doğrulda bilmir. -Bir sıra dindarlar belə bir məntiqə inanırlar ki, baxmayaraq İran qonşu dövlətlərin, o cümlədən Azərbaycanın mənafeyinə zidd mövqe tutur, amma sonucda müsəlman dövlətidir. İslam bizləri birliyə çağırır. O üzdən bunu pozmaq olmaz. Bu haqda fikrinizi bilmək istərdik. - Doğrudur müsəlmanlar İslam tərəfindən birliyə sifariş olunur. Ancaq əgər bu haqda bütün məlumatımız bundan ibarətdirsə, çox səthi bir təbir olar. İslamın sifariş etdiyi birlik haqqı təmin edən birlikdir. Yəni haqq təməlində birləşin deyə vurqulayır. Burda hansısa marağdan vəya islam ölkəsi statusundan getmir. Yenədə İranın hər zaman üzümüzə çəkdiyi Hz. Əlidən bir stat gətirəcəm. Hz. Əli buyurur ki: "Hər kəs həqiqəti deyil məsləhətin (özünə sərf edənin) üzünə bir qapı açarsa Haqqın üzünə bir qapını bağlamış olar”. Təbidir ki erməni diasporu, yəhudi lobbisi, ABŞ, fars şovinizmi və s. Dünyanı öz ətrafında birləşməyə çağırır. Eləcədə param-parça olmuş Azərbaycan öz haqlı mövqeyninin ətrafında dünya ictmaiyəti ilə birləşmək istəyir. Ilahi bir ruhda olan insan, dindar bir insan o birliyə qoşulmalıdır ki, haqq da orda olsun. şübhəsiz ki müsəlmanlıqda bundan ibarətdir. - İran höküməti öz siyasi-islami təbliğatı ilə yanaşı, həmdə antisemitizmliyi insanlara aşılayır. əgər söhbət islamdan gedirsə, nədən Ermənistanla tam tərsinə rəftar edir, məsələnin mahiyəti nədən ibarətdir? -İran hakimiyəti ancaq şovinist siyasətinin izahını islamdan gətirir. o üzdən söhbət islamdan deyil şovinizmdən gedir. Ona görədə erməni məsələsi aydındır. İsrail məsələsinə gəlincə, biz gərək həddindən artıq nikbin olaq ki , İranın səmimiyətinə inana bilək. Bilirik ki osmanlı imperiyası bütün şərq üçün xüsusi ilə müsəlmanlar üçün nümunə bir dövlət olub. 1923-cü ildən bəri Mustafa Kamal Atatürkün qurduğu laik cümhuriyyətdə bir növ müsəlman ölkələri üçün örnək bir dövlətə çevrildi. Türkiyənin sekolarist (dini siyasətdən ayrı) sistemini örnək götürərək İran, Suriyə, Pakistan, İraq, İndoneziya və başqa müsəlman ölkələrində sekolarizm gündən günə güclənməkdə idi. Türkiyənin özündə sekolar əhalinin sayı 70%-i aşmaqda idi. Bu vəziyət 1950-ci, bəzi ölkələrdə 1960-ci illərə qədər dəvam etdi. Ancaq 1948-ci ildə İsrail Fələstin torpaqlarında özünü bir ölkə kimi elan etdikdən sonra bu vəziyət islam ölkələrində siyasi-ictmai proseslərə jiddi təsir göstərdi. bölgədə islami cərəyanların jiddi dalğaları başladı. İran İslam Respublikasının Qurucusu Xomeyni bir siyasətçi kimi bu vəziyəti həddən artıq yaxşı dəyərləndirdi. O Müsəlmanların bu narazılığının üzərində bir siyasət qurdu. Orta Doğuda sekolarizmdən get gedə uzaqlaşan müsəlman toplumlarının diqqətini özünə cəlb edə bildi. Demək istədiyim odur ki İranın bu günkü höküməti və hətta müəyyən qədər ideologiyası İsrail və Fələstinin arasında olan savaşın üzərində qurulub. O üzdən orta doğuda sülh danışıqları hər zaman İranı narahat edir. Ona görə ki bu barış baş tutarsa İranın siyasəti və hətta ideologiyası öz məcrasından çıxmalıdır. -yeri gəmişkən, İran qərbidə İslam düşməni kimi qələmə verməyə çalışır. Qərb islamın düşmənidirmi? - qərblilər texnika sahibidir, müsəlmanlar isə bundan çox uzaqdır. Onlar zəngindir müsəlmanların əksəriyəti isə kasıb. Üstəlik dünya düzənini onlar tənzimləyir. Bütün bunlar səbəb olur ki müsəlmanlıarın duyqusu zədələnsin. Bunu ədalətsizlik hesab edirlər. İranda bu dəngəsizliyi qabardaraq müsəlmanların narazılığını artırır. Bunun hesabınada həm siyasətdə və həm ideologiyada ayaq sürüməyə çalışır. Düşünürəm ki, qərbə mühacirət edən müsəlmanlar qərbin liberal demokratiyasının sayəsində heç bir dövlətin, heç bir radikal qrupun müdaxiləsi olmadan islamı rahatca dartışa biləcəklər. fiqhi və etiqadi islamın inkişafı və açılımı yalnız belə bir azad mühitdə mümkündür. Yoxsa İran kimi bir ölkədə ki, hər fərqli fikrini açıqlayan insanı ölüm və həbs gözləyir heç bir yaxşı nəticə gözləmək olmaz. Günel Mehmanqızı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar