SON XƏBƏRLƏR

Tehran gecələri; “Diktatora ölüm”, “Vətəndaş, 4 noyabr yürüşünü unutma”

2021.10.20, 07:36
Tehran gecələri; “Diktatora ölüm”, “Vətəndaş, 4 noyabr yürüşünü unutma”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Tehran noyabrın 4-nə keçən gecə bir daha hökümətə qarşı şüarlara şahid olub. Tehran sakinləri gecə vaxtı damların üstündən bu şüarlarla səsləniblər: “Allahu əkbər”, “Diktatora ölüm”, “Çevriliş hökuməti, istefa, istefa”, “Vətəndaş, 4 noyabr yürüşünü unutma”. Tehranın bir neçə məhəlləsində hökumət məmurları və “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) sakinlərə zor tətbiq etmək istəsələr də, müqavimətlə qarşılaşıb geri çəkilməyə məcbur olublar. Hələlik hər hansı bir qarşıdurma ilə bağlı məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar