SON XƏBƏRLƏR

İsrail: İran beynəlxalq sabitliyi pozur

2024.01.18, 15:19
İsrail: İran beynəlxalq sabitliyi pozur

İsrail prezidenti İsaak Hersoq İranı regional və beynəlxalq sabitliyi pozmaqda ittiham edib. 

Gunaz.tv

O, bunu Davosda Dünya İqtisadi Forumunda keçirilən dəyirmi masada deyib. 

"İndiki müharibə təkcə İsraillə HƏMAS arasında deyil, dünya bunu görməlidir, Tehranın şər imperiyası dünyanın və regionun sabitliyini pozmaq üçün milyardlarla dollar vəsait xərcləyir. İranın regionda proksi qüvvələri var və onlar dünyada sabitlik və sülh prosesini təhdid edir",- İsrail prezidenti bildirib.

O, İran və ona bağlı qüvvələrin beynəlxalq koalisiyanın qəti addımları və cavabı ilə üzləşməli olduqlarının vacibliyini vurğulayıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar