SON XƏBƏRLƏR

İranda terrorçu dəstənin üzvlərinin həbs olunubduğu bildirilir

2021.10.20, 07:36
İranda terrorçu dəstənin üzvlərinin həbs olunubduğu bildirilir

Gunaz.tv
İran İnformasiya və Təhlükəsizlik Nazirliyi bildirib ki, qurumun məmurları İran rəsmilərinə qarşı hazırlanan terror əməliyyatının qarşısını almağa müvəffəq olublar. İSNA xəbər agentliyinin verdiyi məlumatda belə bildirilir: “ETTELAAT məmurlarının əldə etdiyi bir sıra sənədlərə və məlumatlara əsasən, seçkilərdən sonra İranda baş verən iğtişaşların ardınca bir qrup terrorçu ABŞ kəşfiyyat orqanları tərəfindən hazırlanmış planlara uyğun olaraq siyasi şəxsiyyətlərdən birinə qarşı terror aksiyası həyata keçirərək ölkədəki durumu təhlikəli göstərməyə hazırlaşırmışlar”. Ettelaatın məlumatında o da bildirilir ki, terrorçu dəstə ilk olaraq parlamentdə prezident Əhmədinejadın nazirlər kabinetinin üzvlərinin səsvermə mərasimində, daha sonra bir neçə gün əvvəl dövlət məmurlarından birinə qarşı terror əməliyyatı hazırlamışdır. Amma bu əməliyyatlar baş vermədən əvvəl İran Təhlükəsizlik və İnformasiya Nazirliyinin əməkdaşları tərəfindən bəlli olmuş və dəstə üzvlərindən 5 nəfəri həbs olunmuşdu. Məlumata görə dəstə üzvlərindən çoxlu miqdarda silah-sursat da tapılıb. Noyabrın 4-ü isə İranda ABŞ səfirliyinin “Xümeyni tərəfdarı tələbələr” tərəfindən işğalının ildönümü günüdür. İran müxalifləri bu münasibətlə geniş etiraz aksiyalarana hazırlaşır. İran rəsmiləri, təhlükəsizlik və asayiş qüvvələri müxaliflərə hər hansi bir aksiya keçirməmək barədə xəbərdarlıq edib və bildirib ki, qeyri-qanuni aksiyalar keçirildikdə sərt müdaxilə olunacaq. Buna baxmayaraq müxalif təşkilat və liderlər tərəfdarlarını mitinqlərə dəvət edib. İran rəsmilərinin və siyasilərinin arasında ixtilafın yaranması bu ölkədə ciddi böhrana çevrilib. Etiraz aksiyalarını dağıtmaq, həbslər və işgəncələr hələ ki, müxalif qüvvələrin iradəsini sındıra bilməyib. Buna baxmayaraq etiraz aksiyaların yalnız Tehranda və bir sıra mərkəzi şəhərlərdə olması və İran tarixində Təbriz kimi həlledici əhəmmiyyətə malik olan şəhərlərin bu etirazlara qatılmaması müxaliflərin zəif nöqtəsi hesab olunur. Bu o deməkdir ki, İranda Fars etniklər yaşayan mərkəzi şəhərlərlə qeyri-Fars etniklər yaşayan digər bölgələrin istək və arzuları ciddi şəkildə fərqlənir. Bu məsələ İran rəsmilərinin kifayət qədər diqqət mərkəzində olmasa da gələcəkdə böyük problemə çevrilə bilər. Amma ETTELAAT yetkililəri tərəfindən terror dəstəsinin təsirsiz hala gətirməsi xəbəri sistemin müxalifləri aradan qaldırmaq və ya müxalif qüvvələri ABŞ-a və Qərbə bağlamaq üçün yeni oyunun bir parçası da ola bilər. İranda hər hansı bir siyasi şəxsiyyəti məhv etmək üçün onu qərə, xüsusəndə İngiltərəyə, ABŞ-a və ya İsrailə bağlamaq geniş istifadə olunan metoddur. Bu baxımdan terrorla bağlı rəsmi xəbərlərdə artış olsa, bu sürpriz sayılmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar