SON XƏBƏRLƏR

İranın Bəndər-Abbasda liman şəhərində zəlzələ olun

2021.10.20, 07:36
İranın Bəndər-Abbasda liman şəhərində zəlzələ olun

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün səhər İranın cənubundakı liman şəhəri Bəndər-Abbasda 4,9 bal gücündə yeraltı təkan qeydə alınıb. Baş vermiş zəlzələ nəticəsində azından 209 nəfərin yaralandığı deyilir. Associated Press-ın məlumatında isə qeyd olunur ki, 80 nəfər xəsarət alıb. Şəhərdə telefon və elektrik xətləri zədələnib. “Fars” agentliyinin məlumatında bildirilir ki, İranda noyabrın 3-də ölkənin cənub-şərqindəki Bəm şəhərində də gücü 4,2 bal olan yeraltı təkanlar qeydə alınıb. Coğrafi yerləşim xüsusiyyətlərinə görə İranda həddindən artıq tez-tez zəlzələ baş verir. Yeri gəlmişkən, Bəmdə ən güclü zəlzələ 2003-cü ildə olub. Həmin zəlzələdə 31 min insan həyatını itirib. Xatırladaq ki, İran paytaxtının seysmik aktiv zonadan nisbətən sakit yerə köçürülməsi məsələsi ictimai müzakirə gündəminə gətirilib. 2009-cu ilin noyabrın əvvələrində məsələ İranda Şura tərəfindən məqsədəmüvafiq hesab olunub. Ehtimal olunur ki, İranın yeni paytaxtı Mərkəzi əyalətinin Qum və Dəlican şəhərləri arasında salınacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar