SON XƏBƏRLƏR

"Nabukko" layihəsinin gerçəkləşmə şansı, İranın qaz ehtiyatlarından asılı deyil

2021.10.20, 07:36
"Nabukko" layihəsinin gerçəkləşmə şansı, İranın qaz ehtiyatlarından asılı deyil

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Nabucco Gas Pipeline International GmbH“ konsorsiumunun mətbuat katibi Xristian Doletsal Avstriya Mətbuat Agentliyinə verdiyi müsahibədə son günlər İranın "Nabukko" qaz kəməri layihəsində mümkün iştirakı barədə məlumatlara münasibət bildirib. O, "Nabukko" konsorsiumunun İranla qaz kəməri layihəsində iştirakı barədə heç bir danışıqlar aparmadığını və kəmər layihəsinin gerçəkləşmə şanslarının İranın qaz ehtiyatlarından da asılı olmadığını vurğulayıb. Onun sözlərinə görə, konsorsium bu məsələdə əsas diqqətini Azərbaycan, Türkmənistan və İraqa yönəldib. Layihənin iştirakçılarından olan OMV şirkətindən isə agentliyə bildirilib ki, hazırda layihə iştirakçılarının diqqəti əsas qaz təminatçısı kimi Azərbaycan və İraq üzərinə cəmlənib. Layihənin digər iştirakçısı – Almaniyanın RWE konsorsiumundan isə məlumat verilib ki, İranla nə layihədə üzv qismində iştirakı, nə də qaz təminatı ilə bağlı heç bir danışıqlar aparılmır. Bununla da, layihə iştirakçıları İran xəbər agentlikləri tərəfindən yayılmış məlumatları qətiyyətlə təkzib edib. Həmin məlumatlarda bildirilirdi ki, ötən həftənin sonunda İranın enerji konsernlərindən birinin meneceri Avropa şirkətləri ilə ölkəsinin "Nabukko" layihəsində mümkün iştirakı ilə bağlı qeyri-rəsmi görüş keçirib.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar