SON XƏBƏRLƏR

Azərbaycanın İran adlanan yerdəki yeni səfiri Cavanşir Axundov kimdir?

2021.10.20, 07:36
Azərbaycanın İran adlanan yerdəki yeni səfiri Cavanşir Axundov kimdir?

Gunaz.tv
GünAzTv:

Azərbaycanın İran adlanan yerdəki yeni səfiri Cavanşir Axundovu oxuculara təqdim edirik. O, səfir vəzifəsinə noyabrın 2-də prezident İlham Əliyevin sərəncamıyla təyin olunub. Cavanşir Əşrəf oğlu Axundov 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirib. 1992-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin I katibi vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Azərbaycanın İran adlanan yerdəki səfirliyində işləyib. 2000-ci ildə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olub, 2001-ci ildən nazirliyin İkinci Şərq Ərazi İdarəsində rəis müavini işləyib. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir-elçi vəzifəsində çalışıb. 2008-ci ildən Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi idi. Tarix elmləri namizədidir. Ailəlidir, bir övladı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar