SON XƏBƏRLƏR

Milli-mədəni fəal Əmirmöhsün Bənayikazıma Təzyiqlər dəvam edir

2021.10.20, 07:36
Milli-mədəni fəal Əmirmöhsün Bənayikazıma Təzyiqlər dəvam edir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın tanınmış milli-mədəni fəalı cənab Əmirmöhsün Bənayikazıma, ETTELAAT (İranın Kəşfiyat Nazirliyi) tərəfindən olunan təzyiqlər səngimək bilmir. Keçən həftə GÜNAZ.TV-nin canlı yayımına telefonla qatılan cənab Əmirmöhsün Bənayikazım, ETTELAAT tərəfindən təhdid olunduğunu bildirib. içində bulunduğumuz həftədə adını çəkdiyimiz milli-mədəni fəal GÜNAZ.TV-yə təkrar zəng edərək ETTELAAT tərəfindən təhdid olduğunu bir daha dilə gətirib. Onun sözlərinə görə, ETTELAAT tərəfindən Heydəri adlı bir məmur dəfələrlə onun ailəsinə zəng edib və onun özünün və ailəsinin narahatlığına səbəb olub. onun sözlərinə əsasən ETTELAAT ona xəbərdarlıq edib ki milli zəmində bütün fəaliyətlərinə son qoymalıdır. əks halda ETTELAAT avtomobil qəzası vasitəsi ilə onun hayatına son qoyacaq. Qeyd edək ki Əmirmöhsün Bənayikazım Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz şəhərinin sakinidir. O 2006-ci ilin 22 may milli qiyamında İran Təhlükəsizlik Qüvvələri tərəfindən ağır bir şəkildə yaralanmışdır. O gündən bəri soydaşımız mütəmadi olaraq ETTELAAT və İran Təhlükəsizlik Qüvvələri tərəfindən dəfələrlə tutuqlanıb və həbsdə saxlanılıb. Hələki bu təzyiqlər bir türlü səngimək bilmir. Xatırladaq ki ETTELAAT-ın cənab Əmirmöhsün Bənayikazımı etdiyi təhdid sadəcə bir hədə-qorxudan ibarət deyil. Son günlərdə ölümünün il dönümünü qeyd etdiyimiz Azərbaycanın milli fəali cənab Mühəndis Qulamrza Əmanidə bir il əvvəl şübhəli bir şəkildə avtomobil qəzası nəticəsində 2 qardaşı ilə birlikdə hayatını itirdi. Bu hadisə bir çox mənbələrə görə ETTELAAT-ın məhz düzənlədiyi süni bir avtomobil qəzasi idi. GÜNAZ.TV mətbuat mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar