SON XƏBƏRLƏR

Səid Mətibpuru müdafiə məqsədi ilə Londonda Aksiya keçirilib

2021.10.20, 07:36
Səid Mətibpuru müdafiə məqsədi ilə Londonda Aksiya keçirilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Londonda yaşayan soydaşlarımız tərəfindən, hazırda həbsxanada saxlanılan Güney Azərbaycanlı jurnalist və insan haqları fəalı cənab Səid Mətinpurun ağır durumu ilə bağlı möhtəşəm aksiya keçirilib. Oktyabr ayının 26-da Londonda "BBC" xəbər agentliyinin qarşısında keçirilən etiraz aksiyasında hazırda İranda məhkum olduğu 8 illik həbs cəsasını çəkməkdə olan Güney Azərbaycanlı İnsan Haqları Fəalı cənab Səid Mətinpurun azadlığa buraxılması və onun sağlıq durumuna diqqət yetirilməsi tələb olunub. Aksiya iştirakçıları İran hökümətinin Azərbaycan Türklərinə qarşı hayata keçirdiyi zorakılıq əməllərini pisləyərək Türk dilinin rəsmi olmasını istəyən Azərbaycanlı insan haqları müdafiəçılərinin ruhi-cismi işgəncələrə məruz qaldıqlarına etiraz ediblər. 2 saat müddətində dəvam edən Etiraz Aksiyasında, İnglis dilində Səid Mətinpurun və Azərbaycan Türklərinin Milli Haqları ilə bağlı bildirişlər yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar