SON XƏBƏRLƏR

Səid Mətinpurun Haqlarını Müdafiə edən Stokholmdakı Komitə Bəyanat yayıb

2021.10.20, 07:36
Səid Mətinpurun Haqlarını Müdafiə edən Stokholmdakı Komitə Bəyanat yayıb

Gunaz.tv
Səid Mətinpurun Haqlarını Müdafiə edən Stokholmdakı Komitənin II Bəyanat: Stokholmda Səid Mətinpurla bağlı Müdafiə Komitəsi yaranandan sonra bəzi yurddaşlarımız başqa ölkələrdən komitə ilə əlaqə saxlayıb, ona üzv olmaq istədiklərini bildiriblər. Burdan elan edirik ki, yurddaşlarımızın bu komitədə olmaq istəyini alqışlayırıq və bu işdə heç bir maneə yoxdur, istənilən şəxs üzv ola bilər. Amma yalnız bir şərtə əməl edilməlidir: şəxsin kim olduğu açıq - aydın bizə məlum ola! Komitənin qərara aldığı digər qərar bundan ibarətdir ki, 7 noyabr Stokholmda keçiriləcək etiraz aksiyasında aksiya yerinə gətiriləcək şüarlar və plakatlar komitənin nəzarəti ilə nizamlanacaq. Komitədən xaric heç bir təşkilat embileminin, plakat və bayrağının orda yerləşdirilməsinə izin - icazə verilməyəcək. Son məlumatlara görə, Səid Mətinpurun səhhəti daha da ağırlaşıb, ona təcili şəkildə zindandan kənarda müalicə lazımdır. Üzümüzü bütün soydaşlarımıza tutub müraciət edirik ki, bu etiraz aksiyasında iştirak etməyi öz insani - əxlaqi və milli vəzifəmiz hesab etməliyik və unutmayaq ki, Səid Mətinpur Güney Azərbaycanın haqlarını müdafiə etdiyi üçün zindana düşüb. İnanırıq ki, xalqımız öz oğlunun ağır durumun unutmayacaq! İnanırıq ki, xalqımız öz oğlunun ağır durumun unutmayacaq! Səid Mətinpurun Haqlarını Müdafiə edən Stokholmdakı Komitə 03.11.09 azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar