SON XƏBƏRLƏR

Tehranda Tələbələr keçmiş naziri bihörmət ediblər

2021.10.20, 07:36
Tehranda Tələbələr keçmiş naziri bihörmət ediblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Tehranın Xoca Nəsrəddin Tusi Universitetinin tələbələri keçmiş irşad və mədəniyyət naziri, İran prezidenti Mahmud Əhmədinejad hökumətinin tərəfdaGünAzTv:GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Tehranın Xoca Nəsrəddin Tusi Universitetinin tələbələri keçmiş irşad və mədəniyyət naziri, İran prezidenti Mahmud Əhmədinejad hökumətinin tərəfdarı Məhəmmədhüseyn Səffar Hərəndinin çıxışına mane olublar. sabiq nazir noyabrın 1-də çıxış etmək üçün universitetə gəlib. Akt zalına toplaşan tələbələrin əhəmiyyətli bir hissəsi M.S.Hərəndi çıxışa başlayanda bu il İranda keçirilən prezident seçkisinə qatılmış keçmiş baş nazir Mirhüseyn Musəvinin və Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubinin şəkillərini göyə qaldıraraq Əhmədinejad hökuməti əleyhinə şüarlar səsləndiriblər. “Yalançı, yalançı, 63 faizin hanı?”, “ Siyasi məhbuslara azadlıq”, “Ya Hüseyn, Mirhüseyn”, “Diktatora ölüm”, “Mədəniyyət qatili gəlib”, “Biz hamımız bir səsik, sındırılmaz millətik” və s. şüarlar səsləndirən tələbələr keçmiş nazirə çıxış etməyə imkan verməyiblər. M.S.Hərəndi etiraz edən tələbələri “savadsız” və “ədəbsiz” adlandırdıqdan sonra vəziyyət daha da qızışıb. Tələbələr ayaqqabılarını çıxarıb göyə qaldıraraq keçmiş naziri təhdid etməyə başlayıblar. Ancaq onlar ayaqqabıları sabiq nazirə tərəf atmayıblar. Bunu görən keçmiş nazir tələbələri cəsarətsizlikdə günahlandırıb: “Mənə əvvəlcədən demişdilər ki, tələbələr bir kisə ayaqqabını çöldən universitetə gətiriblər. Sizdə hətta Müntəzir əl-Zeydinin cəsarəti də yoxdur ki, ayaqqabılarınızı tullayasınız”. Tələbələrin cavab olaraq keçmiş nazirə “Yalançı olan kəs bizim ayaqqabımıza da layiq deyil” cavabını verdikləri bildirilir. Çıxışa mane olan tələbələrin universitet həyətində toplaşaraq hökumətə qarşı şüarlar səsləndirdiyi də vurğulanır. İraqlı jurnalist Müntəzir əl-Zeydi 2008-ci ilin dekabrında Bağdadda keçirilən mətbuat konfransında ayaqqabılarını çıxarıb ABŞ prezidenti Corc Buşa atmışdı. Buna görə o, 3 il müddətinə azadlıqdan məhrum edilmiş, sonradan cəzası 1 ilə endirilmiş, həbsxanada özünü nümunəvi apardığı üçün cazasının doqquzuncu ayında azadlığa buraxılmışdı.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar