SON XƏBƏRLƏR

2022-ci il etirazlarında saxlanılmış Məhəmməd Qubadlı edam olundu

2024.01.23, 11:42
2022-ci il etirazlarında saxlanılmış Məhəmməd Qubadlı edam olundu

İranın məhkəmə sisteminin Mizan XA 2022-ci il “Qadın,Yaşam, Azadlıq” Hərəkatında saxlanılmış Məhəmməd Qubadlının bu gün səhər edam hökmünün icra olunduğunu bildirib.

Gunaz.tv

Onun vəkili barəsində çıxarlmış “Qisas” hökmünün qanusuz olduğunu deyib. Belə ki, edam hökmü çıxarılarkən apellyasiya hüququ ilə təmin olunmayıb. 

Ona görə də Qubadlının vəkili Əmir Rəisian hökmün “qanuna zidd olduğu” səbəbindən onun edam edilməsinin hüquq baxımdan “qətl” hesab olunduğunu deyib. 

فوری | محمد قبادلو اعدام شد

Məhkəmə edamdan yalnız 1 gün öncə hökmün icra şöbəsinə göndərildiyini və qərarın səhər yanvarın 23-ü icra olunacağını bildirib. 

Bu səbəbdən apellyasiya şikayətinə vaxt verilməyib. Həmçinin Beynəlxalq Əfv Təşkilatı hökmün qanunsuz olduğuna görə icrasının dayandırılmasını tələb etmişdir. 

Xatırladaq ki, Məhəmməd Qubadlı ötən il “Qadın,Yaşam, Azadlıq” Hərəkatında nümayişlər zamanı bir polis məmurunun öldürülməsində ittiham olunaraq barəsində qisas hökmu çıxarılmaqla edam olunub. Qeyd edək ki, Məhəmməd Qubadlı əslən güney azərbaycanlı hesab olunur.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar